Azərbaycan Türk dünyasının birliyinin möhkəmlənməsi prosesinə töhfələrini davam etdirir
Türk dünyası

Azərbaycan Türk dünyasının birliyinin möhkəmlənməsi prosesinə töhfələrini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçiriləcək. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin hörmətin bariz nümunəsidir.

"Təbii fəlakət - fövqəladə halların aradan qaldırılması humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.

Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr əməkdaşlıq getdikcə güclənir.

AZƏRTAC Türk dünyasında mövcud münasibətlərə Türkdilli Dövlətlər Təşkilatının inkişafı istiqamətində görülən işlərə bir daha nəzər salır.

Hazırda Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz, son illərdə Azərbaycan böyük siyasi gücə çevrilərək mövqelərini möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində Qarabağı Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.

Bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyadan Çindən Avropaya daşınan yüklər artıq daha qısa vaxta daha az xərclə Avropaya çatdırılır. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərir.

Son illər Azərbaycan Liderinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərinləşən əlaqələrin mühüm komponentini təşkil edir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bu baxımdan biz Türkmənistan qazının Azərbaycan ərazisindən tranzitini, həmçinin Mərkəzi Asiyanın bir neçə ölkəsinin işğaldan azad olunmuş ərazilərdə aparılan işlərə töhfəsini qeyd edə bilərik. Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfə Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir. 2021-ci ildə Təşkilatın İstanbulda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevə Türk dünyasının Ali Ordeninin təqdim olunması bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq".

Hər zaman olduğu kimi, bu məsələdə dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür. Belə ki, ötən ilin dekabrında Buxarestdə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Avropaya, o cümlədən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik Macarıstana yaşıl enerji ötürəcək. Bundan başqa, Azərbaycan Prezidentinin yanvarda Macarıstana səfəri səfər zamanı imzalanmış sənədlər Türk Dövlətləri Təşkilatının üzvü kimi ölkəmizin təşkilatın genişləndirilməsi işinə töhfələrindən biri kimi qiymətləndirilməlidir.