Bir millət, iki dövlətin ümid körpüsü
Türk dünyası

Bir millət, iki dövlətin ümid körpüsü

1992-ci il may ayının 28- Naxçıvan Muxtar Respublikasında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Körpüyə bu adı verən Heydər Əliyevin dediyi kimi: "Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz gerçəkləşib".

Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına başlanıldı. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına da təkan vermiş, nəqliyyat əlaqələrinin qurulması beynəlxalq daşımalar üçün yeni imkanlar yaratmışdır. Ulu öndər Heydər Əliyev sonralar körpünün açılışı zərurətini belə xarakterizə etmişdir: "Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum". "Ümid" körpüsünün istifadəyə verildiyi gün Naxçıvanda əsl bayram sevinci yaşanmışdı. Naxçıvanlılar bu tarixi indi unutmurlar. Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin qurulması, inkişafı dərinləşməsi istiqamətində görülmüş işlər daim ehtiramla xatırlanır.

1990- ildə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə sərhədyanı kəndləri ermənilər tərəfindən işğal qarət olunan, dincliyi əlindən alınan Naxçıvan ulu öndər Heydər Əliyevin dediyi kimi, "taleyin ümidinə buraxılmış tənha ada" xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsildikdən, iqtisadi siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın köməksiz vəziyyətdə qoyulan Naxçıvan əhalisi çıxış yolu tapa bilmirdi. Ümummilli lider Heydər Əliyevin 1990- il iyul ayının 22- Naxçıvana qayıdışı  ilə muxtar respublika işğal, əhalisi isə qaçqın ömrü yaşamaq təhlükəsindən xilas oldu.

1990-1993- illərdə Naxçıvan Muxtar Respublikasında ulu öndərin rəhbərliyi ilə tarixi qərarlar qəbul edildi, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görüldü, Türkiyə İranla iqtisadi əlaqələr yaradıldı. Həmin dövrdə Naxçıvanın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri Araz çayı üzərində Türkiyə ilə Naxçıvanı bir-birinə bağlayan Sədərək-Dilucu körpüsünün inşa olunmasıdır.

Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində "Ümid" körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrdə Naxçıvanda "Bir millət,