Azərbaycan QHT-ləri ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatına etiraz bəyanatı yayıb
Digər xəbərlər

Azərbaycan QHT-ləri ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatına etiraz bəyanatı yayıb

Mayın 17- Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən bu günlərdə açıqlanan dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına qarşı etiraz bəyanatı yayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı tədbirdə çıxış edən "Abidələri Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılov ümumilikdə ermənilər Qarabağda Azərbaycan tarixinə aid 104 dini tikilini erməni monastırı kimi dünyaya çatdırdıqlarını deyib. Bildirilib ki, bütün bunlara baxmayaraq Azərbaycandakı dini mədəni abidələr öz orijinallığını qoruyub saxlayıb, dağıdılmayıb.

Daha sonra "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə qeyri-hökumət təşkilatı adından bəyanatı səsləndirib.

Bəyanatda deyilir: "Bu yaxınlarda ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə beynəlxalq dini azadlıqla bağlı hesabatda Azərbaycan barədə yazı dərc olunub.

Xatırladırıq ki, Prezident İlham Əliyevin 2021-ci il iyunun 16-da imzaladığı "Dini etiqad azadlığı haqqında" Qanun ölkəmizdə bu istiqamətə xüsusi önəm verildiyi bir daha göstərilir.

Ölkəmizdə multikulturalizmin multikonfessional icmaların mövcud olması, eyni zamanda, Azərbaycanda rus gürcü pravoslav kilsələri, erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, yevangelistlər, baptistlər Yehovanın şahidləri, yəhudilərin bəhailərin sinaqoqları, məbədləri digər dini evlərin fəaliyyət göstərməsi buna daha bir sübutdur".

Vurğulanıb ki, hesabatda ölkəmizin dini mədəni obyektlərin, xüsusilə bu yaxınlarda Ermənistanın nəzarətindən azad edilmiş ərazilərinin mühafizəsinə səhlənkar yanaşıldığı göstərilir. Bu, təəssüf doğuran təhrifdir.

"BMT Təhlükəsizlik Şurasının işğal faktını tanıyan Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Otuz dözülməz il ərzində biz ümid edirdik ki, sülh danışıqları bizə torpaqlarımızı sülh yolu ilə geri qaytarmağa imkan verəcək. Ermənistan tərəfinin işğalçılıq siyasəti hər zaman olduğu kimi, bu gün acı təsirini göstərməkdədir. Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan zərərə dağıntılara, xüsusilə Ağdam, Füzuli digər ərazilərin demək olar tamamilə dağıdılması talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, məscid, ziyarətgah talan edilib, qəbiristanlıqlarımız vandalizmə, təhqirlərə məruz qalıb ya tamamilə dağıdılıb, torpaqlarımız minalanmış sahəyə çevrilib. Necə olur ki, bizim həmişə azadlıq demokratiya çırağı kimi qəbul etdiyimiz ABŞ heç vaxt bu hərəkətlərdən narahat olmayıb. ABŞ dini fanatiklərin əməllərindən əziyyət çəkdi. Bu ölkə dinindən asılı olmayaraq, "Allahın döyüşçüləri"nin gətirdiyi dəhşətlərdən xəbərdardır. Ancaq görünən odur ki, BMT ölkəmizi öz vətəndaşlarını qorumaq əzminə görə ittiham edir", - deyə bəyanatda qeyd olunub.

Hesabatdan gətirilən sitat: "2020-ci ildə Azərbaycanın nəzarətinə qaytarılan ərazilərdə minalarla çirklənmə səbəbindən azərbaycanlılar bir çox məscid dini obyektləri ziyarət edə bilməyiblər". Qeyd edək ki, bu torpaqların "Azərbaycanın nəzarətinə qaytarılması" üçün 3000-dən çox azərbaycanlı fədakarlıq göstərərək son nəfəsinədək döyüşüb. Biz şadıq ki, hesabatda bu ərazilərin minalarla dolu olduğu etiraf edilir, bu da bir neçə məscidin əlçatan olmamasının əsas səbəbidir. Ancaq burada ermənilər tərəfindən dağıdılan ya donuz tövləsinə çevrilən yüzlərlə məsciddən bəhs edilmir.

Ermənilərin işğal zamanı törətdikləri vandallıqlara heç haqq qazandıra bilməz. Ancaq məsələ ondadır ki, Azərbaycan tərəfindən heç vaxt belə bir addım atılmayıb. Biz Azərbaycanın istənilən dini ya mədəni irsini qoruyub saxlamağa sadiqik. Bununla belə, biz heç kimə tariximizi təhrif etməyə, yenidən yazmağa imkan verməyəcəyik.

Vurğulanıb ki, dini etiqad