Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz kökləri
Siyasət

Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz kökləri

Pakistan İslam Respublikası Azərbaycan Respublikasına dost qardaş ölkədir. Bu dövlətlər arasında əlaqələr ilk növbədə öz yaxınlığı, qloballığı regional məsələlərdə mövqelərinin üst-üstə düşməsi ilə xarakterizə olunur.

Pakistan Cənubi, Mərkəzi Qərbi Asiya regionlarının qovşağındakı mühüm geopolitik vəziyyətinə görə beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi mövqeyi söz sahibi olan dövlət, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biridir. Bu qardaş ölkənin qlobal siyasi proseslərdə mövqeyini möhkəmləndirən digər vacib amil onun İslam aləmində hələlik nüvə silahına malik yeganə dövlət olmasıdır. Pakistan raket texnologiyasının inkişafına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Açıq mənbələrə əsasən, Pakistan ordusu gücünə görə dünyada 11-ci yeri tutur.

Pakistan XX əsrin birinci yarısında çətin milli azadlıq mübarizəsindən sonra 1947-ci ildə müstəqilliyini elan edərək, müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tutmuşdur. Müstəqillik tarixinin az olmasına baxmayaraq, Pakistan dərin mədəniyyətə sivilizasiyaya malik bir dövlətdir. Pakistan ərazilərində vaxtilə mövcud olmuş qədim mədəniyyətlər, həmçinin Neolit Tunc dövrünə aid abidələr, yaşayış məntəqələri s. bunu sübut edir.

Tarixin sonrakı mərhələlərində bu ərazi böyük dövlətlərin imperiyaların vətəni olmuş, böyük mədəniyyətlərə ev sahibliyi etmişdir.

Pakistan Azərbaycan xalqları arasında dostluq qardaşlıq əlaqələrinin dərin tarixi kökləri vardır. Bu əlaqələr qədim etnik köklər, mənəvi-dini bağlar ən son dövrlərdə siyasi-hərbi müttəfiqlik üzərində qurulmuşdur. Xalqlarımız arasında dostluq qardaşlıq əlaqələrinin min illər boyu bu günümüzə qədər qorunub saxlanması isə ilk növbədə, geneoloji yaddaşlarda əbədi qalan qohumluq əlaqələrinin nəticəsidir. Ona görə bəzi yazılarda Azərbaycan Pakistan xalqlarının dostluq qardaşlıq əlaqələrinin XX əsrin əvvəllərindən başlayaraq yaranması barədə irəli sürülən fikirlər həqiqətə uyğun deyildir.

Xalqlarımız arasındakı əlaqələrdən danışarkən qeyd etmək lazımdır ki, tarixi mənbələrdə bu münasibətlərin formalaşmasının ilkin köklərinin eramızın I minilliyinə qədər gedib çatdığı bəllidir, XIV-XV əsrlərdə isə bu əlaqələrin daha da intensivləşməsi prosesi baş vermişdir. Həmin dövrlərdə hazırda bərpa edilməsi bütün dünyanın diqqətində olan ovaxtkı İpək yolu ilə tacirlər orta əsrlərdə dünyanın ticarət mərkəzlərindən sayılan Pakistanın Multan şəhərindən Bakı şəhərinə ticarət etməyə gəlirdilər. Bir müddət burada qalandan sonra isə onlar həmin yolla digər Avropa ölkələrinə üz tuturdular. O dövrdə səfər edən tacirlərin sayının çox olması belə səfərlərin intensiv xarakter alması onların yerləşdirilməsi üçün dayanacaq məntəqələrinin tikilməsini zəruri edir məhz bu məqsədlə Bakıda karvansaraylar tikilirdi. Bu gün İçərişəhərdəki bəzən Multanı karvansarayı adlandırılan XIV-XV əsrlərin abidəsi olan Karvansaray da həmin tarixi münasibətlərin izlərini qoruyub saxlayan bir yadigar, tarixi sənəddir.

2016- ilin 14 oktyabrında Azərbaycana rəsmi səfəri çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatla çıxış edərkən demişdi: "Qeyd etmək istərdim ki, mən Bakıya ilk dəfə səfər edirəm. "Küləklər şəhəri" adlandırılan Bakı bir çox pakistanlıya doğma vətənini xatırladır. Bakının mərkəzində yerləşən Multanı karvansarayı, - mən dünən oranı ziyarət etdim, - xalqlarımız arasında tarixi bağlılığın təsdiqidir. Həmkarlarıma bildirmək istərdim ki, bu karvansaraya Multan şəhərinin şərəfinə "Multanı" adı verilib. Bura çox gözəl bir yerdir, vaxtilə insanlar burada gecələmişlər. Mən dünən böyük məmnuniyyətlə bu karvansarayla tanış oldum. Dediyim kimi, bu, bizim tarixi bağlılığımızın təsdiqidir".

Ümumiyyətlə, tarixi mənbələr göstərir ki, sonuncu minilliyin əvvəlindən sonuna qədər olan tarixi dövrlərdə Pakistan ərazisində yaşayan etnik qruplar arasında həmişə türk mənsubiyyətli qruplar olmuş, onlar qaynayıb qarışmış sonrakı tarixi mərhələlərdə birlikdə müasir Pakistan xalqının formalaşmasında iştirak etmişlər.

Xüsusi qeyd etmək lazımdır ki, Səfəvilər Əfşarların