Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl orduları sırasında olmasına əsas səbəb ilk növbədə, dövlət başçısının bu sahəni diqqət mərkəzində saxlamasıdır. Əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan Azərbaycan Ordusu 1920-ci ildə AXC-nin tənəzzülə uğraması ilə öz fəaliyyətini sonlandırıb və 70 il sonra 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə yeni inkişaf yoluna qədəm qoyub. Lakin bu, o qədər də asan başa gəlmədi.
Müstəqilliyin ilk illərində formalaşmamış Azərbaycan Ordusu ağır imtahan ilə üz-üzə qalır. Maddi-texniki bazasının düşmənlə müqayisədə çox zəif olmasına baxmayaraq, ölkənin ərazi bütövlüyünü qorumaq üçün sinələrini sipər etsələr də düşmənin qarşısını kəsə bilmir və nəticədə 20 faiz torpaqlarımız ermənilər tərəfindən zəbt olunur. Tarixi ədaləti bərpa etmək üçün Azərbaycana 30 il vaxt lazım olacaqdı…
Azərbaycanın ordu quruculuğundan və gücündən danışılırsa, ulu öndər Heydər Əliyevin bu sahədə xidmətləri xüsusi qeyd edilməlidir. Ümummilli lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli maraqlarına cavab verən nizami ordu yaratmışdır. Lakin buna qədər Azərbaycan Silahlı Qüvvələrində orduya dövlət rəhbərliyi təmin edilməmişdi. Bununla yanaşı, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması dövlət və ordunu bir-birindən ayrı salmışdı. Həmçinin əsgərlər siyasi işlərə cəlb edilmiş, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmışdı. Azərbaycan Silahlı Qüvvələri daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi. Hərbi arsenalının, sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsi Ermənistan ilə aparılan müharibə nəticəsində məhv olmuşdu. Hərbi xidmətə çağırış özbaşına olmaqla bərabər, döyüş qabiliyyəti də zəruri tələblərə cavab vermir və orduya vahid komandanlıq rəhbərlik etmirdi. Bütün bu problemləri aradan qaldırmaq 90-cı illərin Azərbaycanı üçün çox çətin idi. İlk növbədə Ermənistan ilə aparılan müharibəni müvəqqəti olaraq dayandırmağa ehtiyac yaranırdı. Daha sonra isə MDB məkanında ən axırıncı sırada qərarlaşan iqtisadiyyatı ayağa qaldırmaq lazım idi ki, bununla da ölkə maliyyə axınları gəlsin və ordu müasir silah-sursatla təmin olunsun. Ulu öndər Heydər Əliyev itirilmiş torpaqların ərazi genişliyinin qarşısını almaq və orduda islahatların aparılması məqsədilə 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail oldu. Həm də eyni ildə "Əsrin müqaviləsi"nin imzalanması 2016, 2018 və 2020-ci illərdə nəticəsini verdi. 2003-cü ildən Ali Baş Komandan vəzifəsini icra edən İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən inkişaf etmiş ordusu sıralarına çıxardı. Məhz onun Ali Baş Komandan olduğu dövrlərdə Azərbaycan 200 ildən çox bir dövrdə ilk dəfə genişmiqyaslı tarixi qələbələr qazandı. 2016-cı ildə Aprel döyüşləri qazanılan böyük zəfərlərin başlanğıcı oldu. Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın məğlubedilməz olmadığını göstərdi və özünə xalq tərəfindən böyük inam qazandı. Ali Baş Komandan demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".
Daha bir qələbə 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatının qarşısı alınarkən qazanıldı. Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonun Günnüt kəndi