Baş prokuror Kamran Əliyevin dəvəti ilə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Həmçinin səfər çərçivəsində Baş Prokurorluğun inzibati binasında "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar.
M.MUSTAFAYEV,
“Respublika”.