AZƏRBAYCAN  dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN  dünya mediasında

"Oilprice": Azərbaycanda ilk böyük Günəş Elektrik Stansiyası qurulur

"Oilprice" xəbər saytı ölkənin ilk böyük Günəş Elektrik Stansiyası olan 230 MVt gücündəki Qaradağ zavodunda günəş panellərinin quraşdırılmasına başlanması barədə məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin bərpaolunan enerji şirkəti Masdar tərəfindən inşa olunan zavodun bu ilin sonuna kimi fəaliyyətə başlaması ildə 500 qiqavat saat (GWh) enerji istehsal etməsi gözlənilir.

Azərbaycan 2030-cu ilə qədər ölkənin enerji tələbatının 30 faizini bərpaolunan enerji mənbələrindən ödəmək məqsədilə  bu istiqamətdə yeni enerji layihələrin inkişafını sürətləndirir. Ölkəmiz bərpaolunan enerji potensialını inkişaf etdirməklə təbii qaza olan asılılığını azaltmağı planlaşdırır.

 

"Hürriyyet": Azərbaycanın kənd təsərrüfatı naziri türkiyəli həmkarı İbrahim Yumaklı ilə görüşüb

Türkiyənin məşhur qəzeti "Hürriyyet" Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun türkiyəli həmkarı İbrahim Yumaklı ilə görüşü barədə məlumat dərc edib. Məlumatda görüş zamanı tərəflər arasında iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti genişləndirilməsi barədə müzakirələrin aparıldığı qeyd olunub. Nazir Məcnun Məmmədov qardaş ölkənin bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bildirib. Hər iki dövlətin aqrar sahədə tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta digər sahələr üzrə səmərəli əməkdaşlığı da yazıda öz əksini tapıb. Görüşün sonunda "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında" Niyyət Bəyannaməsinin imzalandığı da  bildirilib. Bəyannamədə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

 

"Hraparak": Bakı Qarabağın inteqrasiyasına mane olmayın

Azərbaycan XİN Ermənistan XİN-in 24 iyun tarixli bəyanatına dair şərh yayımlayıb. Bu barədə "Hraparak" nəşri xəbər verib.

"Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik istintaq tədbirləri ilə əlaqədar Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının "blokada etnik təmizləmə" kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir". Bu fikirlər Azərbaycan XİN-in yayımladığı məlumatda yer alıb.

Nazirlik həmçinin bildirib ki: "Qeyd edilənlərlə yanaşı, erməni sakinlərin "hüquq təhlükəsizliyi" məsələsindən sui-istifadə edilməsi səyləri qəbuledilməzdir. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir".

 

"Daryo.uz": Türkmənistan Azərbaycan Türkiyə ilə ticari-iqtisadi əməkdaşlıq haqqında üçtərəfli sazişi ratifikasiya edib

"Daryo.uz" xəbər saytı Türkmənistan parlamentinin Türkmənistan, Azərbaycan Türkiyə hökumətləri arasında 2022-ci ilin dekabrında Avazada imzalanmış ticari-iqtisadi əməkdaşlıq haqqında sazişi ratifikasiya etməsiylə bağlı xəbər yayımlayıb. Spiker Dünyagözəl Gülmanova hökumətin iclasında bildirib ki, qanun parlamentin yeddinci sessiyasının ikinci iclasında təsdiqlənib.

Türkmənistanın neft-qaz sektorundan "Daryo.uz" verilən məlumata görə, Türkmənistan, Azərbaycan Türkiyə prezidentləri Sərdar Berdiməhəmmədov, İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın Avazada keçirilən görüşündə enerji sektoru üzrə Anlaşma Memorandumu da imzalanıb.

Sənəd türkmən qazının Avropaya çatdırılması üçün yol xəritəsinin hazırlanması məqsədilə  üçtərəfli işçi qrupunun yaradılmasını nəzərdə tutub. Həmçinin yazıda qeyd olunub ki, geosiyasi baxımdan mürəkkəb Trans-Xəzər qaz kəməri layihəsi gündəmdədir. Onun uzunluğunun 300 km, illik gücünün 30 milyard kubmetr qaz olması planlaşdırılır.

S.Berdiməhəmmədov sammitdə