Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri hesab etmişdir. Dövlət gənclər siyasəti ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Məhz onun bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etmişdi.
Ulu öndərin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra ölkədə aparılan gənclər siyasətinin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində ümummilli lider Heydər Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə genişmiqyaslı tədbirlər həyata keçirilmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi olmuşdur. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzalanmışdır ki, bununla da dövlətin gənclərlə bağlı siyasətinin vahid mərkəzdən idarə olunmasına başlanmışdı. Ulu öndərimizin gənclərlə çoxsaylı görüşləri, onlara dəyərli tövsiyələri gənclərin ümummilli maraqlar və dövlət mənafeyi naminə birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal şəkildə cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da, Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qərarlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə qayğısı onun bütün ölkə vətəndaşları qarşısında əvəzolunmaz xidmətlərinin göstəricisidir.
Ulu öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bugünün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir. Böyük fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də ulu öndərimizin siyasi kursunu layiqincə davam etdirir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "