Azərbaycan Demokratik Respublikası dövründə dəmir yolunun inkişafı
Siyasət

Azərbaycan Demokratik Respublikası dövründə dəmir yolunun inkişafı

XIX əsrin sonlarında Azərbaycanda  neft  sənayesinin sürətli  inkişafı digər  istehsal xidmət  sahələrinin yaranmasına şərait yaratmışdır. Neft  məhsullarının  xarici  ölkələrə   daşınması yeni nəqliyyat  şəbəkəsinin  yaranmasına  səbəb  oldu.

Bu sahədə Zaqafqaziya  ərazisində yeni dəmir yollarının layihələndirilməsi tikintisi çar Rusiyası hökumətinin müstəmləkəçilik siyasətinə uyğun olaraq ön plana çəkilmişdir. Zaqafqaziya ərazisində istismara  verilən Bakı-Tbilisi (1883), Uluxanlı-Culfa (1908), Tiflis-Poti (1872), Tiflis-İrəvan (1902), Aleksandropol-Kars (1899) s. dəmir yol xətləri I Dünya müharibəsindən sonra formalaşan yeni dövlətlərin təşəkkülündə gərgin siyasi böhranın həll olunmasında mühüm rol oynamış, müasir dövrdə isə bir çox milli-etnik məsələlərin həlli yolunda müsbət nəticələrə səbəb  olmuşdur. 12 fevral 1918-ci ildə türk qoşunları general-leytenant Vahib Paşanın  rəhbərliyi altında cəbhə boyu hücuma keçərək Zaqafqaziya ərazilərindəki dəmir yollarının xeyli hissəsini  tutdular. 1920-ci  ilin 29 sentyabrında türk  qoşunları  Sarıkamış  Karsdan  hücuma keçərək 7 noyabrda general Kazım Qarabekir Paşanın  rəhbərliyi ilə Ararat Respublikasının bütün dəmir yollarını ələ keçirdi. 2 dekabr 1920-ci ildə Gümrüdə Ararat  Respublikasının təslim olma  aktını imzaladı. Ancaq Yerevanda 29 noyabr 1920-ci ildə XI Ordunun köməyi ilə hakimiyyətə gələn bolşeviklər bu təslim aktını  qəbul  etmədilər. Çar Rusiyası 1916- ildə Təbrizdən Culfaya dəmir yolu çəksələr , Culfadan Mincivana dəmir  yolunun (126 kilometr) tam istismara verilməsi  1942-ci ildə sovet hökuməti tərəfindən  yerinə  yetirilmişdir.

Azərbaycan Demokratik Respublikası dövründə (28 may 1918-ci il - 27 aprel 1920-ci il) ölkəmizdə dəmir yol nəqliyyatının fasiləsiz nizamlı işləməsinin təmin olunması, xalq təsərrüfatının inkişafı ölkənin müdafiə qabiliyyətinin qorunmasında başlıca rol oynamışdır. XX əsrin əvvəllərində Bakı şəhərində  neft sənayesinin sürətli inkişafı ilə əlaqədar olaraq neftin nəql olunması bir çox çətinliklər yaradırdı. Bu məqsədlə  istər çar Rusiyası, istərsə ADR dövründə dəmir yolunun inkişafına maddi-texniki  təchizatına xüsusi fikir verilmişdir.

Bu dövrdə  Azərbaycan dəmir yolunun istismar uzunluğu 820 kilometr idi ki, onun tərkibində Bakı-Sabunçu-Suraxanı (uzunluğu 20 kilometr, 1880-ci ildə tikilmişdir), Tiflis (Ağstafa)-Bakı (456 kilometr, 1883), Dərbənd-Biləcəri (231 kilometr, 1901), Uluxanlı (Masis)-Şərur-Culfa (113 kilometr, 1908) xətləri daxil idi. Azərbaycan hökuməti  böyük iqtisadi çətinlik şəraitində işləyirdi. Azərbaycanın Yollar Nəqliyyatı Nazirliyinə Xudadat bəy Məlikaslanov (1879-1935) rəhbərlik edirdi. X.B.Məlikaslanov qardaşı Teymur bəy Məlikaslanovla birlikdə 1904- ildə Sankt-Peterburq şəhərində Dəmir Yol Mühəndisləri İnstitutunu bitirmişdir. Demokratik Respublikanın yarandığı ağır iqtisadi-siyasi şəraitdə o, qardaşı T.B.Məlikaslanovla birlikdə dəmir yolunda bərpa işlərini təşkil etmiş, yük sərnişindaşıma ahəngini nizama sala bilmişlər. T.B.Məlikaslanov Dəmir Yolu İdarəsinin rəisi vəzifəsində işləyirdi. X.B.Məlikaslanov 1917-ci ildə Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya dəmir yolu komissarlığı üzrə nazirliyin komissarı 1918-ci ilin əvvəllərində Zaqafqaziya Federativ Respublikasında yollar nəqliyyatı naziri vəzifələrində işləməsi ADR- dəmir yolunun hərtərəfli inki-şafına öz elmi-texniki töhfəsini  vermişdir. Demokratik Respublika dövründə Azərbaycan dəmir yolunun inkişafı aşağıdakı üç xarakterik xüsusiyyətlə səciyyələnir.

1. Bu dövrdə ən nəhəng işlərdən biri Ələt-Culfa dəmir yolu xəttinin çəkilişinin bərpa edilməsi idi. Bu yolun çəkilişinə hələ çar Rusiyası hökuməti tərəfindən 1916- ilin iyu-lundan başlanmısdır. Ələt-Culfa dəmir yolu həm böyük iqtisadi hərbi-strateji əhəmiyyət kəsb edirdi. Bu yol Bakını Təbrizlə birləşdirməli idi ki, İranın mədən filizlərinin Rusiyanın iri sənaye mərkəzlərinə daşınması təmin olunsun.

Lakin Rusiyada baş verən Oktyabr inqilabı (1917-ci il) bu işi dayandırdı, dəmir