"Azərbaycan Hava Yolları" aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. Reyslər hər həftə yerinə yetiriləcək.
Aviaşirkətin Bakı - Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə - bazar ertəsi, cümə və şənbə günləri uçuşlar təşkil ediləcək.
Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt-Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.
İyun ayından hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.
Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumat almaq, həmçinin reyslərə aviabiletləri əldə etmək olar. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.