Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasında maraqlıdır
Siyasət

Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

14 may tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutdu. Sayca beşinci olan görüşü iki ölkə arasında münasibətlərin normallaşması, gündəliyin irəliləməsi baxımından faydalı konstruktiv hesab etmək olar.

İlk növbədə onu qeyd etmək lazımdır ki, müxtəlif müdaxilə pozuculuq cəhdlərinə görə, "Brüssel formatı"nda görüşlər 9 aya yaxın bir müddətdir ki, keçirilmirdi. Müxtəlif müdaxilə pozuculuq cəhdi deyərkən, söhbət Fransanın prosesə müdaxiləsindən gedir. Rəsmi Paris hər vəchlə "Brüssel formatı"nda iştirak etməyə, sanki onun moderatorluğu ilə təşkil edilibmiş kimi təəssürat yaratmağa çalışırdı. Məhz rəsmi Parisin bu müdaxilələri fonunda Bakı görüşlərdən imtina etmişdi. Siyasi şərhçi Turan Rzayev bildirir ki, bütün bunlara baxmayaraq "Brüssel formatı"nda görüşlərin yenidən başlaması əldə edilən nəticələr sülh prosesi üçün ən uyğun format olduğunu bir daha sübut edir: "Görüşün ən diqqətçəkən məqamı tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh sabitliyin təmini üçün yeganə yol olduğunun bəyan etmələri oldu. Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə, eləcə Azərbaycanın 86,600 kvadratkilometr Ermənistanın 29,800 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər.

Prinsip etibarilə rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət edir tanıyır. Eyni qaydada Azərbaycan 1991-ci ilin Alma-Ata Bəyannaməsinə zidd heç etməyib. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu Bəyannaməni pozan tərəf idi. İndiki məqamda rəsmi Bakının Bəyannaməni qəbul edib Ermənistanın ərazi bütövlüyünü tanıması simvolikdir. Lakin Ermənistanın məhz Brüsseldə bunu qəbul etməsi vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etdi.

Ermənistan bundan sonra Azərbaycana ərazi iddiası ilə çıxış etsə ya sərhəddə gərginlik yaratsa, qərb Azərbaycanı atacağı addımlara görə asanlıqla tənqid edə bilməyəcək. Çünki Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri pozmuş olacaq.

Tərəflərin Alma-Ata Bəyannaməsinə əsaslanması həm sərhədlərin delimitasiyasını tezləşdirə bilər. Hər halda sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Digər məqam Zəngəzur dəhlizi ilə bağlıdır. Şarl Mişel görüş zamanı tərəflərin regionda nəqliyyat iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olduğunu qeyd edib. Bunu bu ya başqa formada Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyasının Avropa İttifaqının dəstəkləməsi kimi qiymətləndirmək olar.

Ermənistan ilə Azərbaycan arasında gərginliyin azalması, əlaqələrin normallaşması -nin maraqlarına uyğundur. Yeni enerji layihələrinin icrası Avropanın enerji asılılığından xilası baxımdan olduqca vacibdir. Bu mənada, Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə ortaq maraqlara sahibdir. Avropa İttifaqı yaxşı bilir ki, rəsmi Bakının regionda yeni nəqliyyat enerji layihələri icra etmək kimi planları var.

Şarl Mişel görüş zamanı tərəflərin Qarabağda yaşayan ermənilərin hüquqlarından danışdığını qeyd edib. Mişelin dediklərindən diqqətçəkən əsas məqam görüş zamanı yalnız Qarabağ ermənilərinin "hüquqları təhlükəsizliyi"ndən, Bakının bu qrup insanlarla açıq dialoqundan danışmasıdır. Yəni danışıqlar zamanı heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət getməyib. Azərbaycan Qarabağda yaşayan ermənilər ilə dialoqa başlayıb. Bu istiqamətdə Xocalıda bir görüş təşkil edilib. Hətta növbəti görüş yeri kimi Bakı şəhəri təklif edilib 3 dəfə müraciət ünvanlanıb. Lakin bu görüşlərdən yayınan erməni tərəfidir".

Jalə QASIMZADƏ,

"Respublika".