AQRAR SAHƏNİN DAVAMLI İNKİŞAFINA HESABLANMIŞ MÜHÜM TƏDBİRLƏR
İQTİSADİYYAT

AQRAR SAHƏNİN DAVAMLI İNKİŞAFINA HESABLANMIŞ MÜHÜM TƏDBİRLƏR

lkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə səmərəli nəticələr verib. Aqrar sahə özünün dinamik inkişafı ilə müasir çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub.

Prezidentin qəbul etdiyi qərarlar sayəsində  bu sahəyə dövlət dəstəyi gücləndirilir, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, torpaq su resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər dövlətin xüsusi diqqət qayğısı ilə himayə olunublar.

Tükənməz dövlət qayğısı sayəsində 2003-2020-ci illər arasında Azərbaycanda aqrar sahədə məhsul istehsalı iki dəfə artmışdır. Müqayisə üçün deyək ki, MDB ölkələrinin heç biri belə yüksək göstəriciyə nail ola bilməyib.

Ölkəmizdə aqrar sektorun böyük potensialı mövcuddur. Bu potensialı hərəkətə gətirmək, əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün ardıcıl, düşünülmüş məqsədyönlü islahatlar aparılır.

Bu il iyulun 15- Prezident İlham ƏliyevinAqrar sahədə istehsalın emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqındaimzaladığı Fərman dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi yüksək diqqət qayğısının parlaq təzahürüdür. MüsahibimizAqroservisASC-nin Masallı-Yardımlı bölməsinin rəhbəri Hikmət Xəlilov fərmanın mühüm əhəmiyyət daşıdığını, aqrar sahənin inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayaraq dedi:

- Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, yüksək iqtisadi artımın təmin edilməsi ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin əsas prioritetlərindəndir.

Fərmanda qeyd olunub kiaqrar sektorda həyata keçirilən islahatlar yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir.

Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar iri fermer təsərrüfatlarının təşkili, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması emal sənayesinin genişlənməsi istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004- il 23 oktyabr tarixli Sərəncamına əsasən  “AqrolizinqAçıq Səhmdar Cəmiyyəti yaradılıb. Müəssisənin əsas məqsədi aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etməkdir. Cənab Prezidentin 2007 2009-cu illərdə imzaladığı müvafiq sərəncamlara əsasən cəmiyyətin fəaliyyəti daha da genişləndirilib.

Səhmdar Cəmiyyətin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların damazlıq heyvanların lizinq yolu ilə hüquqi fiziki şəxslərə satılması fermerlərə aqrotexniki xidmətlərin göstərilməsi, eləcə pestisidlərin aqrokimyəvi maddələrin güzəştli şərtlərlə satışının həyata keçirilməsindən ibarət olub.

Möhtərəm Prezident tərəfindən imzalanmış 2018-ci il 19 dekabr tarixli Fərmanın qüvvəyə minməsi nəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarı liberallaşıb, aqrar sahənin texnika təminatında rəqabətyönümlü biznes mühiti formalaşıb.

Əvvəllər bu sahəyə sosial sahə