İqtisadi inkişaf dövrünü yaşayan ölkəmiz getdikcə bütün dünya üçün maraqlı və əlverişli tərəfdaşa çevrilir. Bəli, dünyanı Azərbaycana cəlb edən təkcə təbii sərvətləri, iqtisadi gücü deyil. Eyni zamanda, ölkəmiz sabit və etibarlı tərəfdaşdır.
İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Azərbaycanın üzərinə daha bir mühüm öhdəlik düşdü. Azad edilmiş ərazilərimizin yenidən tikilib qurulması. Bu gün Qarabağ bölgəsi müasir şəkildə dövlətimiz tərəfindən yenidən qurulur. Qalib dövlət kimi qarşımızda çox böyük imkanlar açılıb. Bütün bunları nəzərə alan ölkə başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni inkişaf strategiyası müəyyənləşdirib. Bu mənada, regionların sosial-iqtisadi inkişafı prioritet məsələdir. Hazırda "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində böyük layihələr həyata keçirilir.
Geniş tikinti-quruculuq işləri Qarabağla yanaşı, digər bölgələrimizdə də uğurla aparılır, regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm addımlar atılır, yeni iş yerləri yaradılır. Müəssisələr, fabrik-zavodlar inşa edilir. Bu həm də bölgə əhalisinin işlə təmin olunması deməkdir. Yeni iş yerlərinin açılması isə yoxsulluğun aradan qaldırılması və məşğulluğun daha da artırılmasına müsbət təsir göstərir. Tikilib istifadəyə verilən hər bir iş yeri onlarla, yüzlərlə insanın işsizlik problemini həll etməklə yanaşı, həm də insanların rifah halının yaxşılaşmasına xidmət edir. Dövlətin sosial sahədə atdığı mühüm addımlar nəticəsində bu gün paytaxtla bölgələr arasında fərq aradan götürülür. Hazırda hər bir rayonumuz, kəndimiz özünün yüksək inkişaf dövrünü yaşayır. Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlətin regionlarla bağlı siyasətinin əsasını təşkil edir.
Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, regionlarda aparılan işlərlə yaxından tanış olur, bu səfərlər bölgələrin sosial-iqtisadi inkişafına təkan verir. Səfərlər zamanı Prezident görülən işlərlə tanış olmaqla yanaşı, həm də zəhmətkeşlərlə ünsiyyətdə olur. Onların problem və ehtiyaclarının həlli istiqamətində öz tapşırıqlarını verir. Hazırda regionlarda böyük infrastruktur layihələri həyata keçirilir. Müasir tələblərə cavab verən yollar çəkilir, sosial obyektlər inşa edilir, istehsal müəssisələri tikilərək istifadəyə verilir. Bölgələrdə bu kimi obyektlərin işə salınması qeyri-neft sektorunun da inkişafına zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprel ayının 18-də Neftçala rayonuna səfər etmişlər. Dövlət başçısı və birinci xanım rayonda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışında iştirak etmişlər. Həmçinin, Neftçalanın Yenikənd kəndində yaradılan "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olmuşlar. Onu da qeyd edək ki, S.Q.Kərimov adına Kürtəcrübi nərə balıqartırma zavodu 1954-cü ildə istismara verilib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub. Qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub. Bu müəssisə Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatıdır. "Azerbaijan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə bağlı layihənin icrası zamanı sosialyönümlü tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Yenikənd kəndi və Bankə qəsəbəsində yollar abadlaşdırılıb, su təchizatı sistemi qurulub, işıq və qaz təminatı bərpa edilib. Prezident və birinci xanım Neftçala rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa edilən 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının açılışında da iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprel ayının 18-də Salyana səfərləri zamanı ulu öndər Heydər Əliyevin