2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri mənfur Ermənistan işğalçıları tərəfindən aramsız güclü artilleriya atəşinə tutuldu. Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində 6 nəfər mülki sakin həlak oldu, 26 nəfər isə ağır yaralandı. Çoxsaylı ictimai və şəxsi mülkiyyətə, eyni zamanda, mülki infrastrukturlara ciddi ziyan vuruldu. Düşmənin hərbi təxribatının və barbarlığının qarşısını almaq üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə sürətli əks-hücuma keçən Azərbaycan Ordusunun qəhrəman əsgər, gizir və zabitləri təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirdi. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər və məntəqələr düşmən qüvvələrindən tam azad edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımız, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyi azad edildi, üçrəngli bayrağımız sancıldı.
Ümumilikdə bu dördgünlük müharibədə 2 min hektardan artıq ərazi tam işğaldan azad edildi. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edildi, 500-dən artığı isə yaralandı. Bəli, hərb tarixinə "Aprel döyüşləri" kimi düşən bu savaş, Şanlı Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə xüsusi olaraq vurğulamışdır: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".
Praqmatik dövlət başçısı eyni zamanda, şanlı ordumuzun cəsurluğundan, döyüş qabiliyyətindən, vətənpərvərliyindən, torpağa olan hədsiz sevgisindən danışaraq bildirmişdir: "Ordumuzun döyüş qabiliyyəti ilə bərabər vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi".
Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini və bunu bütün dünyanın gördüyünü vurğulayan Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdizadə qürurla bildirib: "Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılanda içimizdə yalnız ruh yüksəkliyi var idi. Lələtəpəyə gedəndə içimizdə qorxu yox, yalnız sevinc hissi vardı. Orada biz fikirləşmirdik ki, biz yaralana, ölə bilərik. Yeganə düşündüyümüz o idi ki, düşməni məhv edib ərazimizi, mövqelərimizi möhkəmləndirək. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. Düşmən bizdən çox zəifdir, qorxaqdır. Çünki onlar oranı tərk edərkən öz silahlarını atıb qaçmışdılar, bizim torpaqlarımızda qurduqları postları atıb qaçmışdılar. İndi bu yüksəkliyin sayəsində həmin istiqamətdə düşmənin bütün hərəkətlərini izləyə bilirik". Cəsur kapitan Rauf Musayev isə bildirib: "Mən və döyüş yoldaşlarım həmin ərazidə düşmənin təxribatının qarşısını almaq üçün vuruşduq və əks-həmlə edərək erməniləri o ərazidən çıxardıq. Talış kəndinin ən əsas strateji əraziləri bizim nəzarətimizə keçdi. Düşmənin obyektlərini, texnikalarını, canlı qüvvələrini məhv etdik. Düşmən bizim mərdliyimizdən, döyüş ruhumuzdan qorxur. Ermənilər yaralı əsgərləri və meyitləri döyüş meydanında qoyub qaçırdılar. Düşmənin şəxsi heyəti çatışmadığından onlar yaşlı adamların