Amerika, Avropa və Cənubi Qafqaz
Siyasət

Amerika, Avropa və Cənubi Qafqaz

Cənubi Qafqazda destabil vəziyyətin yaradılması, regionda sülhə əngəl törədilməsinin başlıca səbəbi Ermənistandır. Vahid mərkəzləşmiş sistemin olmaması, baş verən iğtişaşlar, törədilən aksiya mitinqlər Ermənistanın iflasa uğramış siyasi gedişindən xəbər verir.

Mənfur haylar regionda yeni reallığı həzm edə bilmir revanşist xislətini hər fürsətdə büruzə verir. Ermənistan müstəqil daxili xarici siyasi xətti olmayan rəsmi olaraq quru sərhədləri müəyyənləşdirilməmiş ölkədir. Bunun nəticəsidir ki, Cənubi Qafqazda marağı olan digər qlobal oyunçuların planları məhz bu qəsbkarlar üzərindən qurulur.

Yeni dünya nizamı formalaşdığı bir vaxtda Avropa okeanın o biri üzündən bölgəyə açıq müdaxilə istəyi görünür. Sülh əmin-amanlığın bərqərar olması məhz regionda sabitliyin qurulması üçün vacib şərtdir. Lakin təkcə Azərbaycanın uğurlu xarici daxili siyasi xətti baş verə biləcək fəlakətlərin qarşısını almağa yetməyə bilər. Avropa ilə strateji enerji tərəfdaşı olmağımız, habelə, bilavasitə Avropanın bəzi ölkələrinin sosial, iqtisadi siyasi tərəfdaşlıq mövqeyimiz regional olaraq inkişafa hədəflənibsə , qəsbkar Ermənistanın Avropa ilə hərbi müttəfiqliyi çərçivəsində bu uğuru kölgədə saxlamağa çalışırlar. Xain düşmən unutmamalıdır ki, himayədar axtarışı sonda onun özü üçün vəziyyəti daha da çətinləşdirəcək. Bir tərəfdən, Bayden Administrasiyası, digər tərəfdən, Avropa Parlamentinin kirli planları istiqamətində hərəkət edən Ermənistan regional təhdiddir. Hər iki tərəfin mənafeyinə uyğun olaraq regionda yeni siyasi cığırın yaradılması qəbuledilməzdir. Rusiya-Ukrayna müharibəsinin tərəfləri kimi qlobal oyunçuların Cənubi Qafqaz planı bütün qonşu dövlətləri ciddi narahat etməkdədir. Amerika Avropanın bəzi kolonyal sistem icraçılarının qəsbkarlıq niyyətləri ifşa olunmalıdır. Bunun timsalında Fransanın mütəmləkəçilik siyasətini davam etdirmək niyyətinin əsas dəstəkçisi məhz Ermənistandır. Hər qədər məqsədin "stabilləşdirmək" olduğu bildirilsə , proses münaqişəni gərginləşdirməyə xidmət edir. Şübhəsiz ki, Azərbaycanın razılığı olmadan regionda hər hansı bir siyasi gediş öz məntiqi sonluğunu tapmayacaq. Bunun əsası kimi müşahidə missiyası yaxud da digər ad altında hər hansı hərbi gedişin qarşısı dərhal alınmalıdır. Unudulmamalıdır ki, Ermənistandan fərqli olaraq regional lider kimi Azərbaycan bu cür planlara qarşı öz siyasi xətti ilə bilinir. Görünür, avantürist Ermənistanın qəsbkarlıq planları Amerika Avropanın siyasi xətti ilə üst-üstə düşür. Bunun nəticəsidir ki, Avropa Parlamentində Amerikanın bəzi hakim dairələrində erməni lobbiçiliyi özünü aydın göstərir.

Soyuq müharibənin başa çatmasından sonra yaranmış geosiyasi şəraitdə isə Qərb, ilk növbədə, qlobal güc olaraq ABŞ üçün Cənubi Qafqaz iki böyük dövlətə qarşı rəqabət məkanı olmuşdur. ABŞ-ın bu regionda əsas geosiyasi hədəfləri Rusiya İrana qarşı mübarizə Xəzər-Mərkəzi Asiya regionunun enerji ehtiyatlarına çıxış olmuşdur. Yəni bütün hallarda ABŞ-ın regionla bağlı strategiyasında region ölkələri ilə bağlı hədəflər yox, bu platformadan qlobal mübarizə üçün istifadə edilməsi nəzərdə tutulur. Belə olan halda isə ABŞ üçün region ölkələrinin milli maraqları arxa plana keçir.

Rəsmi olaraq qəbul edilməsə , bəşəriyyət III Dünya müharibəsinin kəndarındadır. Qərbdən Ukraynaya bütün yardımlar edilir bu dövlətlərin ordusu Rusiya ilə döyüş meydanında mübarizə aparır. Bunun əvəzində, Çinin Rusiya ilə müsbət meyilli siyasi gedişi iki qütbün formalaşmasından xəbər verir. Regional oyunçuların belə bir zamanda Cənubi Qafqaza marağı təəccüb doğurmur. Məhz regiondan Rusiyaya təzyiqin önəmli olacağını hesablayan Amerika Avropanın ortaq planı bölgədə siyasi hərbi sabitliyə əngəl törədir. Bir növ bu məsələdə Ermənistan şirnikləşdirilir tərəfdaş olaraq görülür.

Bunun nəticəsidir ki, son zamanlar Avropa Amerikada keçirilən siyasi məramlı tədbirlərə Ermənistan dəvət olunur. Digər tərəfdən, Ermənistanın anti-Rusiya əməliyyatı da bu fikirləri təsdiqləyir. Rus hərbi bazalarının önündə keçirilən mitinqlər, söylənən şüarlar