AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Kazinform": Qazaxıstan Azərbaycan qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22- Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Bu barədə "Kazinform" informasiya agentliyi xəbər verib.

"Baş nazir görüş əsnasında Prezident İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını ən xoş arzularını çatdırıb. Həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini qeyd edib", - deyə agentlik bildirib.

Baş nazir vurğulayıb ki, Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda ən mühüm ticarət-iqtisadi tərəfdaşıdır. Ötən ilin yekunlarına görə, ikitərəfli ticarət dövriyyəsi 40 faiz artaraq 460 milyon dolları ötüb. 4 ayın yekunlarına görə, qarşılıqlı ticarət 185 milyon dollar təşkil edib ki, bu da 40 faiz artım deməkdir.

"Ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı qarşımıza qoyduğumuz vəzifəyə uyğun olaraq, biz Azərbaycan hökuməti ilə birlikdə ticari-iqtisadi münasibətlərin genişləndirilməsi üzərində işləyirik", - deyə Alixan Smailov qeyd edib. Dövlət başçısı İlham Əliyev, öz növbəsində, Qazaxıstan Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

"Daily Sabah": Azərbaycan ErmənistanXİN rəhbərləri sülh səyləri fonunda Vaşinqtonda görüşəcəklər

"Daily Sabah" xəbər saytı Rusiya xəbər agentliklərinə istinadən hər iki ölkənin Xarici İşlər nazirinin - Ararat Mirzoyan Ceyhun Bayramovun Vaşinqtonda görüşəcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyanın da dediyinə görə, gələn həftə Ermənistan Azərbaycan diplomatları ABŞ-da danışıqlar aparacaqlar. Bununla yanaşı, bildirilib ki, görüşdən öncə Azərbaycanın Xarici İşlər naziri sülh danışıqlarının yeni mərhələsi ərəfəsində Ermənistanın Qarabağda yaşayan 120 min etnik erməni üçün xüsusi təminatların verilməsi tələbini rədd edib.

İki tərəf uzun müddətdir ki, sülh prosesi barədə müzakirələr aparır. Məqalədə qeyd edilib ki, keçən ay danışıqlar prosesinin önəmli hadisəsi baş nazir Paşinyanın Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etməsidir.

 

"Anadolu Agentliyi": Qarabağda kütləvi məzarlıq aşkarlanıb

"Anadolu Agentliyi" xəbər saytı Ağdam rayonunun Sarıcalı kəndində kütləvi məzarlığın aşkarlanması barədə məlumat yayımlayıb. Məlumatda bölgədə aparılan minatəmizləmə əməliyyatları zamanı 4 nəfərin sümükləri hərbi nəqliyyat vasitəsi hissələrinin tapıldığı qeyd olunub. Həmin şəxslərin Birinci Qarabağ müharibəsində həlak olan Azərbaycan əsgərləri ya mülki şəxslər olduğu düşünülür. Yazıda, həmçinin Azərbaycan Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının Ağdamda insan qalıqlarının tanınması yeni məzarların aşkar edilməsi istiqamətində işlərə başladığı da öz əksini tapıb.

 

"ROGTEC": Beynəlxalq Enerji Agentliyi 2024-2025-ci illərdə Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır

"ROGTEC" (Russian Oil and Gas Technologies) xəbər saytı Azərbaycandan idxal olan neftin hasilatı ilə bağlı hesabat xarakterli xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) 2024-2025-ci illərdə Azərbaycanda neft hasilatının sutkada 570 min barelə (gündə) çatacağını proqnozlaşdırır.

BEA-dan "İnterfaks-Azərbaycan" agentliyinə bildirilib ki, agentliyin hesablamalarına görə, 2023- ildə ölkədə neft hasilatı sutkada 520 min barel təşkil edəcək. 2024- ildə hasilat sutkada 560,000 barelə, 2025-ci ildə isə 570,000 barelə qədər artacaq.

BEA-nın məlumatına görə, 2026- ildən Azərbaycanda neft hasilatı yenidən azalmağa başlayacaq 2028-ci ildə 2023- il səviyyəsinə düşəcək: 2026- ildə - 550 min barel, 2027-ci ildə - 530 min barel, 2028-ci ildə - 520 min barelə düşəcək.

 

"Reuters": Azərbaycan etnik ermənilər üçün əlavə təminatların mümkünsüz olduğunu deyir

Azərbaycanın xarici işlər naziri