"Caspian News": Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edib
"Caspian News" xəbər saytı Şuşa şəhərində keçirilən konfransla bağlı məlumat yayımlayıb. Sözügedən yazıda qeyd edilib ki, Azərbaycanın 1993-cü ildən bəri Şuşanın erməni işğalından azad edilməsi və 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasına qədər keçilən yoldan bəhs edən tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib. "Qurtuluşdan Qələbəyə" adlı konfransda Azərbaycan və Türkiyənin çoxsaylı rəsmiləri iştirak edib.
Müharibədən sonra regionda baş verən hadisələr, ortaq etnik, tarixi, mədəni, dini və dil dəyərlərini əsas götürən iki xalq arasında əməkdaşlıq və tərəfdaşlığın genişlənməsinə yol açıb. 2021-ci il iyunun 15-də Azərbaycanın tarixi şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında onilliklər boyu davam edən müttəfiqlikdə yeni eranın başlanğıcını qoyub, onların müdafiə, siyasət, iqtisadiyyat, enerji, ticarət kimi müxtəlif sahələrdə əlaqələrini genişləndirib. Bakı bu razılaşma ilə Ankaranı ən yaxın müttəfiqi kimi təsdiqləyib.
Yazıda həmçinin bildirilib ki, Prezident Əliyev 2020-ci il Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycanın Türkiyə modeli əsasında milli ordusunu daha kiçik miqyasda da olsa gücləndirmək niyyətini ifadə edib. Daha sonra Şuşa Bəyannaməsi imzalandıqdan iki həftə sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirib. 2021-ci ilin oktyabrında Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin iştirak etdiyi üçtərəfli hərbi təlim keçirilib və Azərbaycan silahlı qüvvələri 9 may - 9 iyun 2023-cü il tarixlərində "Efes-2022" beynəlxalq təlimlərində iştirak edib.
Prezident Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdiyini təsdiqləyib: "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi aydın şəkildə görürük".
Xəbərdə, eyni zamanda bildirilib ki, 2023-cü ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin 16 birgə hərbi təlim keçirməsi planlaşdırılır ki, bunun da altısı ilin əvvəlindən baş tutub.
"Hürriyyət": Prezident Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabından Azərbaycanı təbrik edib. Bu barədə "Hürriyyət" xəbər saytı məlumat yayıb:
"Qardaşımız, yaxın və qədim dostumuz olan Azərbaycanı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram".
"Associated Press of Pakistan": Pakistan və Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, İslamabad-Bakı aviareysi üzrə uçuşlara başlanması barədə razılığa gəliblər
15 iyun 2023-cü il tarixində Pakistan və Azərbaycan iki xalq arasında onilliklər boyu davam edən münasibətləri genişləndirmək üçün enerji, ticarət və aviasiya sahələrində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.
"Associated Press of Pakistan" xəbər verir ki, Baş nazir Şahbaz Şərif və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə ikitərəfli əlaqələr geniş müzakirə olunub. Baş nazir yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti və Prezident Əliyevin dəvəti ilə Bakıda ikigünlük rəsmi səfərdədir.
İkitərəfli görüşdən sonra mətbuata birgə açıqlama verən iki lider mediaya bildiriblər ki, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaqla yanaşı, İslamabad və Bakı arasında Azərbaycan Hava Yollarının uçuşlarının həyata keçirilməsi və hərbi təlimlərin sayının artırılması barədə razılığa gəliblər. Görüşdən əvvəl Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edən Baş nazir Şahbaz Prezident İlham Əliyevin şəhərin infrastrukturunun və heyrətamiz yaşıllıq təsərrüfatının qurulmasına rəhbərliyindən danışıb.
Baş nazir Bakının hər yerində dalğalanan Pakistan bayraqlarının iki xalq arasında sevginin təzahürü olduğunu bildirib. "Əsrlərdən bəri əlaqələrimiz çox güclü olsa da, bu