MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Oskar Niemeyer"  Beynəlxalq Mədəniyyət Mərkəzi

İspaniyanın şimalında məşhur memar Oskar Niemeyer tərəfindən layihələndirilən futuristik binanın inşaat işlərinə 2006- ildə start verilib. "Oskar Niemeyer" Beynəlxalq Mədəniyyət Mərkəzi adlandırılan kompleks Asturiyanın əsas sənaye mərkəzi olan Aviles şəhərində tikilib. Bir çox məşhur memar dizaynerlərin iştirak etdiyi kompleksin açılış mərasimi 26 mart 2011-ci il tarixində baş tutub. Elmi konfransların, musiqili tədbirlərin, teatr kinoların nümayiş etdirildiyi bu mədəniyyət mərkəzinin tikintisi Asturiya hökumətinə 53 milyon avroya başa gəlib.

Nəhəng göbələyi xatırladan qeyri-adi binanın ümumi sahəsi 40000 kvadratmetrdir. Binanın interyerinə 1000 nəfər tamaşaçı tutumu olan konsert zalı, 4000 kvadratmetrlik sərgi salonu, müşahidə platforması, məşq zalları seminarların keçirilməsi üçün otaqlar daxildir. Kompleksin gövdəsinə quraşdırılan spiralvari pilləkənlər ziyarətçilərin binaya daxil olmasını təmin edir.

 "Oskar Niemeyer" Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışından sonra Aviles şəhəri ölkənin mədəniyyət paytaxtına çevrilib.

 

"Paula Reqonun Hekayələr evi" muzeyi

Müasir memarlığın şedevri hesab edilən "Paula Reqonun hekayələr evi" muzeyi Portuqaliyanın Kakayş şəhərində inşa olunub. Qeyri-adi tikili ölkənin ən məşhur rəssamı Eduardu Souto de Mura tərəfindən layihələndirilib. Şəhərin ümumi arxitekturası ilə vəhdət təşkil edən muzey binası iki piramida şəklində dizayn edilib. 2006- ildə tikintisinə başlanan 2009-cu ildə istifadəyə verilən muzeydə XX əsrin ən  istedadlı rəssamı Paula Reqo onun 1988-ci ildə vəfat etmiş həyat yoldaşı sənətşünas Viktor Uillinqin əsərləri yer alıb.

Terakota rəngli beton kompleks keçmiş idman klubunun tennis kortlarının yerində inşa olunub. Burada memar ərazidəki hündür ağacları da muzeyin dizaynına əlavə element kimi daxil edibDörd hissədən ibarət muzeyin hər bir salonu fərqli hündürlüyə ölçüyə malikdir. 200 nəfərlik sərgi salonu olan muzeyin ümumi sahəsi 750 kvadratmetrdir. Binanın həyətində mağaza kafe fəaliyyət göstərir. Parkın ərazisində  inşa olunan muzeydə bir dənə olsun pəncərə yoxdur.

Misir piramidalarını xatırladan kompleks həm ekspozisiya baxımından, həm maraqlı quruluşuna görə dünyanın ən qeyri-adi muzey binaları sırasında yer alır.

 

"Səhra çiçəyi" evi

2018-ci ildə ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində rəngdə "Səhra çiçəyi" adlı ev inşa olunub. "Whitaker Studio"nun yaradıcısı məşhur memar rəssam James Whitaker tərəfindən layihələndirilən bu ev alman şirkətinin sifarişi ilə dizayn edilib. Lakin memarın işi bəyənilmədiyi üçün şirkət bu layihədən imtina edib. Daha sonra hazırladığı evin rəsmlərini sosial şəbəkədə paylaşan memar layihəsinin çox bəyənildiyini görüb. Unikal layihə, hətta Los Anjelesdən olan məşhur kinorejissorun da diqqətini çəkib. Belə ki, o, Kaliforniya səhra qoruğunun yaxınlığında 36 hektarlıq torpaq sahəsində  həmin evin tikilməsini təklif edib.

Səhrada açan bəyaz gülə bənzəyən heyrətamiz evin ümumi sahəsi 200 kvadratmetrdir. Müxtəlif bucaqlar altında yerləşdirilən konteyner evə 3 yataq, 1 qonaq otağı mətbəx daxildir. Onu da qeyd edək ki, hər bir konteyner ayrıca bir mənzildən ibarətdir. Beton sütunlar üzərində quraşdırılan evin dam hissəsi  bütün otaqları istiliklə təmin edən günəş panelləri xüsusi izolyasiya sistemi ilə təchiz olunub. Ekoloji cəhətdən təmiz materialdan hazırlanan evin dördkünc pəncərələri səhranın panoramik mənzərəsinə açılır. "Minimalizm" üslubunda dizayn edilən bu evin interyerində daha çox tonlardan istifadə edildiyi üçün narıncı rəngdə mebellərə üstünlük verilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".