Sağlam həyat
Maraqlı

Sağlam həyat

Orqanizmi günə çıxaran qara giləmeyvə

Yayın sevimli meyvələrindən olan qara tut dadı ilə yanaşı faydaları ilə məşhurdur. Digər bir növünə   "xartut" da dediyimiz bu meyvənin hazırda əsl mövsümüdür. Bəs zövq alaraq yediyiniz bu giləmeyvənin faydalarından xəbəriniz varmı?

Tərkibi A, B1, B2, B6, E, C, K vitaminləri, dəmir, maqnezium, sink, selen, kalsium, nartium, maqnium, fosfor kimi orqanizm üçün vacib olan bir çox makroelementlərlə zəngin olan qara tut, hipokaliemiya (qanda kalium səviyyəsinin aşağı düşməsi) zamanı çox faydalıdırBuna görə həkimlər orqanizmdə kalium mübadiləsinin pozulmaları zamanı xəstələrə qara tutdan hazırlanmış ekstraktı tövsiyə edirlər.

Meyvələrindən sirkə, doşab, şərab da hazırlanan qara tut orqanizmdə qanı artırır, susuzluğu aradan qaldırır, soyuqdəymə zamanı effektiv təsir göstərir. Ondan ürəklə bağlı problemlər (miokardiodistrofiya, müxtəlif dərəcəli ürək qüsurları s.) böyrək xəstəlikləri səbəbindən əmələ gələn xroniki şişkinliklər zamanı da istifadə olunur. Belə ki, meyvənin tərkibində olan kalium sözügedən xəstəliklərin əmələ gətirdiyi əlamətləri aradan qaldırmağa kömək edir. Bilavasitə davamlı olaraq qara tut yemək təngnəfəsliyin qarşısını alır, ürək ritmlərini normallaşdırır.

Bu meyvənin mütəmadi olaraq qəbulu  maddələr mübadiləsini sürətləndirir. Mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edən qara tutu tam yetişməmiş halda yedikdə ishalın kəsilməsinə səbəb olur. Tam yetişmiş qara tut isə bağırsaqları yumşaldır, qəbizliyi aradan qaldırır. Həmçinin bakteriasid antiseptik xüsusiyyətləri ilə seçilən meyvə iltihabın da qarşısını alır.

Qeyd edək ki, həddindən çox qara tut yemək ishala səbəb ola bilər. Bundan əlavə, yüksək təzyiqişəkərli diabeti olan  xəstələrə çox miqdarda qara tut yemək məsləhət deyil.

 

Bu insanlar daha az risk altındadır

Yaponiyalı elm adamları müəyyən ediblər ki, ayaq əzələləri güclü olan insanlarda infarktdan sonra ürək çatışmazlığı riski daha az olur.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Yaponiyanın Saqamihara Universitetinin tibb fakültəsinin mütəxəssisləri  tərəfindən aparılan araşdırmada  daha əvvəl heç vaxt ürəklə bağlı problemi olmayan, ilk dəfə infarkt keçirmiş 932 nəfər müayinə edilib. Daha sonra isə həmin xəstələr  4,5 il ərzində izlənilib. Nəticədə  ayaq əzələləri güclü olan  xəstələrin  ürək çatışmazlığı riskinin 10,2 faiz, zəif ayaq əzələlərinə sahib olan insanların isə sözügedən problemlə qarşılaşma ehtimalının 22,9 faiz daha yüksək olduğu müəyyən edilib. Bundan əlavə, tədqiqat çərçivəsindəhəmçinin ayaq əzələlərinin gücləndirilməsi ilə ürək çatışmazlığı arasındakı əlaqə araşdırılıb. Ayaq əzələlərindəki 5 faiz  yaxşılaşmanın ürək çatışmazlığı riskini 11 faiz azaltdığı məlum olub.

Tədqiqatçılardan Kensuke Ueno verdiyi açıqlamada bu üsulun infarktdan sonra ürək çatışmazlığı riski yüksək olan xəstələrin müalicəsində  tətbiq ediləcəyini söyləyib. Klinik şəraitdə ayaq əzələlərinin gücünü dəqiq ölçməyin asan olduğunu qeyd edən tədqiqatçı, bunun infarkt keçirmiş xəstələrdə ürək çatışmazlığı inkişafının qarşısının alınmasında yardımçı olacağını vurğulayıb.

 

Çiyələk sevənlər, diqqətli olun!

Alimlər bir sıra araşdırmalardan sonra, dünyada ən təhlükəli giləmeyvənin çiyələk olduğu qənaətinə gəliblər. Belə ki, bu meyvənin tərkibində insan orqanizmi üçün təhlükə yaradan  bir çox növdə kimyəvi zəhərli maddə - pestisid tapılıb.

Qeyd edək ki, pestisidlər kənd təsərrüfatında becərilən mədəni bitkiləri məhsulları ziyanvericilərdən qorumaq, eləcə bitkilərin məsuldarlığını artırmaq məqsədilə istifadə olunur. Meyvələri tez xarab olmaq ya məhv olmaqdan qorumaq üçün dünyada 1000-dən çox pestisid növündən istifadə olunur ki, onların hər birinin özünəməxsus xüsusiyyətləri toksikoloji təsirləri var. Diklordifinil, trixloretan lindan kimi daha ucuz (patentli olmayan) pestisidlərin bir çoxu torpaqda suda, hətta bir