Niyə keçmişimizi unuda bilmirik?
İnsan yaddaşı əzəldən elə qurulub ki, keçmişi unuda bilmir. Bu vəziyyət yəqin ki, hamıya tanışdır: heç nə olmamış kimi öz işinizlə məşğul olursunuz və birdən-birə beyninizdən uzaq keçmişdə baş verən xoş və ya xoşagəlməz bir hiss keçir və o, sizi bir müddət buraxmır. Bəs bu hiss necə yaranır?
Avstriyanın Dikin Universitetinin klinik psixoloqu David Con Hollfordun sözlərinə görə, bu hisslər beyində qismən "üst-üstə düşən", eyni məlumat parçalarını öz aralarında paylaşan neyron şəbəkələri vasitəsilə yaranır. Keçmişi xatırlamağın iki yolu var. Birinci qəsdən və məqsədli şəkildə keçmişi xatırlamaqdır. Ötən günlərdə nə etdiyimizi xatırlamaq üçün şüurlu şəkildə beynimizi qarışdırırıq. İkincidə isə heç gözləmədiyiniz zaman xatirələr kortəbii olaraq şüurda canlanır. Mütəxəssislər belə hesab edirlər ki, bu fenomen qismən də olsa, xatirələrin bir-biri ilə əlaqəsi ilə bağlıdır.
Amma elə insanlar da var ki, demək olar keçmiş xatirələrlə yaşayırlar. Bu hala depressiya kimi bəzi psixi pozğunluqlardan əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Tez-tez mənfi emosiyalarla əlaqəli nəyisə xatırlayan belə insanlarda yaşadıqları hisslər, davranışlarına görə utanmaq, özündən narazılıq, tam uğursuzluq hissi o qədər güclüdür ki, təkzibedilməz faktlara çevrilir.
Bəs keçmiş səhvlərdən əziyyət çəkməyi dayandırmaq olarmı? Yaxşı xəbər budur ki, xatirələri dəyişmək mümkündür. Nəyisə xatırladığımız zaman yaddaşda üzə çıxanlar üzərində işləyə və keçmişdə baş verənlərlə bağlı düşüncələrimizi, hisslərimizi və qiymətləndirmələrimizi dəyişə bilərik.
Bu qəbilədən olan insanla görün nə edirmiş...
Yaşadığımız dövrdə bir çox cəmiyyətlər mədəni fərqliliklərə görə adət-ənənələri, inancları ilə müasir dünyadan qurtularaq qeyri-adi həyat tərzi keçirirlər. Bu cəmiyyətlərdən biri də 70 minə yaxın insandan ibarət olan və qeyri-adi həyat tərzini qəbul etmiş Əsmət qəbiləsidir. Dünyanın ən məşhur adamyeyən qəbiləsi olan Əsmətlər İndoneziyanın cənub-qərbində təxminən 25.000 kvadrat-kilometr ərazini əhatə edən alçaq bir bataqlıq bölgəsində yaşayırlar.
Keçmişdə hətta onların adlarının çəkilməsi belə qorxu yaradırdı. Əhalisi təxminən 70 min nəfər olduğu təxmin edilən bu tayfa haqqında olan ağlagəlməz faktlar insanı dəhşətə gətirir. Bu tayfada yaşayanlar insanı öldürüb yeyəndə onun gücünü alıb ona çevrildiklərinə inanırlar. Təkcə bu yox. Eyni zamanda ad qazanmaq üçün kimisə öldürməli, öldürdükləri adamın kəlləsini kəndlərinə gətirməlidirlər. Bu yolla onlara veriləcək adı layiq görürlər. Hökumət zaman-zaman bu qəbilə adamlarını adi tütünə alışdırdı və hətta adamyeyənlikdən və bu tip ovdan əl çəksələr, onlara pulsuz tütün verməyi belə təklif etmişdi. Hökumətin saysız-hesabsız səyləri və missionerlərin bölgədə gördüyü işlər nəticəsində Əsmətlərin pis reputasiyası tarixin tozlu səhifələrində tədricən silinib getdi.
Dünyanın ən qəribə muzeyləri
Bir ölkəni tanımaq, onun tarixini, mədəniyyətini öyrənmək üçün ilk növbədə həmin ölkənin muzeyləri ziyarət edilir. Muzeyləri tarixin varisi adlandırsaq yəqin ki, yanılmarıq. Onlar sanki sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan bir məkandır. Dünyada elə muzeylər var ki, öz qeyri-adilikləri ilə seçilirlər. Gəlin onlardan bir neçəsinə səyahət edək...
Hollandiyanın paytaxtı Amsterdam şəhərində yerləşən "İşgəncə muzeyi" öz qeyri-adiliyi ilə seçilən muzeylər sırasındadır. Ölkənin ən sıx turist nöqtələrindən biri hesab olunan bu muzeydə 500 il öncə insanları cəzalandırmaq üçün istifadə edilən işgəncə alətləri nümayiş olunur.
Digər maraqlı bir muzey isə Türkiyənin turizm mərkəzlərindən olan Kapadokiyada fəaliyyət göstərən "Saç muzeyi"dir. Muzeyin yaradıcısı Qalib Körükçün adlı şəxsdir. Muzeyin hekayəsi həmin şəxsin 1979-cu ildə bir fransız qadın turistin saçından bir az kəsərək divara asmasıyla başlayıb. Daha sonra ora gələn başqa qadın turistlər də <