MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Yaşasalar da, ruh olduqlarına inanırlar...

Deyirlər, Allah dərd verəndə dərmanını da verir. Lakin bəzən bu deyimlər özünü doğrultmur. Çünki tibb qədər inkişaf etsə elə xəstəliklər var ki, elm onun qarşısında çarəsiz qalır. Belə ki, simptomları tibbə bəlli olsa da müalicəsi mümkün olmayan bir çox nadir rast gəlinən xəstəliklər var.

Bu cür xəstəliklərdən biri daha çox "gəzən cəsəd sindromu" adı ilə tanınan Kotar sindromudur. Qeyri-adi simptomları ilə seçilən bu xəstəliyə düçar olan insanlar fiziki cəhətdən sağlam olsalar da, ölü olduqlarına inanır, orqanlarının olmadığını ya çürüdüyünü düşünürlər. Ən maraqlısı isə odur ki, hətta onlar ürəklərinin belə yerində olmadığına inanırlar.

Daha çox Çin, Hindistan, Meksika, ABŞ, Danimarka İsveçdə yayılan bu sindromun səbəbi hələ elmə məlum deyil. Beyindəki hansısa pozğunluq nəticəsində meydana çıxan sindromun, eyni zamanda Parkinson, miqren, ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi güman edilir. Həmçinin sosial faktorlar da bu xəstəliyi yarada bilər. Bir sözlə, Kotarın tək bir səbəbi yoxdur. Dünyada çox nadir hallarda baş verən xəstəlik olduğundan üzərində elmi çalışmalar tam nəticə verməyib. Bununla belə, 2010-cu ildə aparılan araşdırma zamanı alimlər xəstəliyin iki əsas səbəbdən yarana biləcəyi qənaətinə gəliblər. Bir ehtimala görə, xəstəlik şəxsin böyük travma alması ilə əlaqələndirilir ki, bu zaman insan özünü boşluqda hiss edir nəyə inanacağını bilmir. Digər ehtimala görə isə buna səbəb beyinin kiçilməsi ya genişlənməsi, düşüncələri, məntiqi davranışları idarə edən nöqtələrin zərər görməsi ola bilər.

 Həftələr, hətta illərlə davam edə bilən bu sindrom daha çox yaşlı insanlarda müşahidə edilsə , yeniyetmələr uşaqlar da risk faktoruna daxildir.

 

Qalstuk taxanlar oxusun...

Bəzi kişilər qalstuk taxmağı özlərinə böyük bir problem hesab edirlər. Hətta onlar yalnız xüsusi günlərdə istifadə etdikləri qalstuku düzgün bağlamağı da bacarmırlar. Deyirlər ki, bu, kimə lazımdır? Ya da köynəyin yuxarıdakı iki düyməsini açıb özlərini rahat hiss edirlər. Belələri qalstuku kişi qarderobunda lazımsız aksessuar sayır. Amma qalstuk bağlamağın əsas mənasını yəqin ki, çox adam bilmir. Elə mənşəyini ...

İlkin olaraq qeyd edək ki, rus dilinə "qalstuk" sözü almancadan keçib. Belə ki, "halstuch" almancadan tərcümədə "boyun yaylığı" mənasını verir. Bu aksessuarın ilk dəfə olaraq harada yaranması isə bir az mübahisəli məsələdir. Bəziləri onun qədim Misirdə meydana gəldiyi iddiasındadırlar. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyi ilə əsaslandırmağa çalışırlar. Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. Bunu imperator Şi Xuan Dinin müasir qalstuka bənzər aksessuar taxması ilə əlaqələndirirlər. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli fərqlənirdilər, düyün vurulmur konkret məna kəsb edirdi. Amma ilk qalstuklar barəsində bir maraqlı versiya da var. Belə ki, keçmiş zamanlarda edam əsnasında ölüm hökmü ləğv edilən, əfv olunmuş insan boynunda qırılmış kəndir gəzdirir onu bəxtigətirmiş hesab edirdilər. Bəlkə elə buna görə kişilər nədənsə sıxılanda instinktiv olaraq qalstuku boşaltmağa əl atırlar.

Hazırda qalstuk uğur mənasını ifadə edir. Yüksək vəzifə sahibləri mütləq kişi qarderobunun bu atributundan istifadə edirlər. Ancaq təkcə qalstukun varlığı deyil, onun necə bağlanması da kişinin həyat tərzindən xəbər verir. Məsələn, "deputat düyünü"nün vurulmasının çətinliyi şəxsin vəzifəsinin yuxarı olmasından xəbər verir. Leninin pioner qalstukunu "Herakl düyünü" formasında bağlaması da təsadüfi deyil. Çünki bu