"BNN": Azərbaycan Respublikası Prezidentinin Vilnüsdə litvalı həmkarı ilə məhsuldar görüşü baş tutub
"BNN" xəbər saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın Vilnüsdəki görüşü barədə məlumat yayımlayıb. Məlumatda liderlərin qarşılıqlı maraq doğuran müxtəlif regional məsələləri müzakirə etdikləri bildirilib. Diplomatik əlaqələrin möhkəmləndirilməsinin siyasi dialoqun, mədəni mübadilənin və müxtəlif sektorlarda əməkdaşlığın təşviq edilməsinin vacibliyinin vurğulandığı da yazıda yer alıb. Görüş çərçivəsində Azərbaycan və Litva prezidentləri iki xalqı birləşdirən tarixi və mədəni əlaqələrin mövcudluğuna da toxunublar. Məlumatda müzakirələr zamanı liderlərin iqtisadi əməkdaşlıq, ticarət və investisiyalara diqqət yetirdikləri də bildirilib. Hər iki prezidentin ikitərəfli ticarətin genişləndirilməsi üçün yeni imkanları araşdırmaq barədə razılığa gəldiyi də məqalədə qeyd olunub.
İntellinews.com: Azərbaycanın enerji diplomatiyası Balkanlara istiqamətlənir
İntellinews.com xəbər saytı Azərbaycanın enerji siyasəti ilə bağlı rəy yazıb. Rəydə bildirilir ki, Azərbaycanın xarici siyasətində Mərkəzi və Qərbi Avropa dövlətləri ilə müqayisədə enerji böhranına daha həssas olan Balkan regionu əsas yer tutur.
Enerji məsələsi uzun müddət Azərbaycanın praqmatik xarici siyasətinin əsas elementi olub və son vaxtlar Avropa dövlətləri Rusiyadan enerji asılılığını azaltmaq üçün əlavə enerji təchizatçıları axtarışında olduqları bir məqamda bu, daha da güclənib. Avropa İttifaqının aparıcı üzv ölkələri alternativ təchizatçılardan əlavə qaz həcmləri idxal etməklə enerji çatışmazlığını kompensasiya edə bilsələr də, daha az inkişaf etmiş Balkan ölkələri enerji qıtlığına uyğunlaşmaq üçün mübarizə aparır.
Sofiya şəhərində aprelin 26-da Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqinə dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumun əsasında Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Avropada misli görünməmiş enerji böhranı fonunda Balkanlara əlavə Azərbaycan qazının ixracı məsələsi dayanıb. Bundan başqa, Azərbaycanın Balkan ölkələri ilə strateji tərəfdaşlığını vurğulayan sənəd yerli hakimiyyət orqanları ilə ötürücü və paylayıcı sistem operatorları arasında əməkdaşlığı asanlaşdıracaq.
2023-cü ilin fevralında imzalanmış son Aİ-Azərbaycan sazişinə əsasən, Bakı 2027-ci ilə qədər təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır, eyni zamanda Avropa ölkələrinə yaşıl enerji ixracına başlamaq üçün ilk addımlar atılır. Azərbaycanın təbii qaz ixracı 2022-ci ildə 19 milyard kubmetrdən 22,6 milyard kubmetrə yüksəlib.
Samaaenglish.tv: Azərbaycan müdafiə nazirinin müavini general Asim Munirlə görüşüb
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev mayın 23-də Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Seyid Asim Munirlə görüşüb.
Bu barədə Pakistanın Samaaenglish.tv saytı xəbər verib. Yayılan xəbərdə qeyd olunub ki, görüş zamanı iki qardaş ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Onlar hərbi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.
"Yeni Şafak": Rəcəb Tayyib Ərdoğan seçkidən sonra Azərbaycan və Şimali Kipr Türk Respublikasına səfər edəcək
Prezident seçkilərinin 28 mayda keçirilən ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, seçkidən sonra səfər edəcəyi ilk ölkə Azərbaycan olacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata açıqlamasında bildirib. O deyib ki, hər seçkidən sonra olduğu kimi, Rəcəb Tayyib Ərdoğan bu dəfə də ənənəvi olaraq iki ölkəyə səfər edəcək. Bunlar qardaş Azərbaycan və Şimali Kipr Türk Respublikalarıdır.
Mövlud Çavuşoğlu onu da qeyd edib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bütün dünyaya nümunədir. Əlaqələrin bu səviyyəyə çatmasında isə Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var.
Hürriyet: Azərbaycandakı se&cce