Uçan oteli xatırladan təyyarə
ABŞ-ın "Quantum" şirkəti 800 nəfərlik sərnişin tutumuna malik "Progress Eagle" adlı dünyanın ən böyük təyyarə modelinin hazırlanmasına başlayıb. "Uçan oteli" xatırladan və günəş enerjisi ilə çalışacaq olan təyyarənin hava nəqliyyatında yeni dövr açacağı gözlənilir.
İspan dizayneri Oscar Vinals tərəfindən hazırlanmış təyyarə modeli indiyədək istehsal edilmiş bütün təyyarələrdən fərqli dizaynı ilə diqqət çəkir. Belə ki, nəqliyyatın salon hissəsi sanki bir oteli xatırladır. Təyyarədə 800 sərnişin tutumuna malik standart reyslər və kabinə əvəzinə restoran, SPA, kinoteatr, mağazalar və kazino kimi obyektlərin fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Kosmos dövrü ilə ayaqlaşacaq olan təyyarənin peykdən topladığı günəş enerjisi sayəsində demək olar ki, davamlı olaraq havada qala bilməsi hədəflənir. Bundan əlavə, enerjiyə qənaət baxımından da çox sərfəli olan nəqliyyatda sərnişinlərinə dünyanı səyahət etmək imkanı yaradacaq üç aviabilet sinfi nəzərdə tutulub: "turist", "biznes" və "pilot". Adi təyyarələrdə olmayan "pilot" sinfinə məxsus aviabileti əldə edən sərnişinlər "panoramik baxış" imkanından yararlana biləcəklər. Qanadlarının uzunluğunun 96 metr, ümumi uzunluğunun isə 80 metr olması nəzərdə tutulan nəqliyyat vasitəsinin 2030-cu ilə qədər istehsal edilməsi planlaşdırılır.
"SpaceX" şirkəti növbəti uçuşu hazırlayır
"SpaceX" şirkəti aktiv şəkildə "Starship" kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmağa hazırlaşır. Belə ki, şirkət özünün Starbase adlı kosmodromunun meydançasına "Starship"in 25-ci prototipini göndərib.
"Sözcü" veb saytının yaydığı xəbərə görə, sözügedən kosmik gəminin sistemi iki hissədən ibarətdir. Birinci hissəsini 33 ədəd mühərrikə malik "Super Heavy" adlı ağır raket, ikinci hissəsini isə "Starship" kosmik gəmisi təşkil edir. Onu da qeyd edək ki, kosmik gəminin daha əvvəlki prototipinin keçən ay keçirilmiş uçuş testi o qədər də uğurlu olmamışdı. Belə ki, prototip 40 kilometr hündürlüyə qalxdıqdan sonra havada partlamışdı. "Starship"in start meydançasına göndərilmiş 25-ci prototipinə gəldikdə isə, ilk növbədə, onun mühərriklərinin statik testləri keçiriləcək. Lakin ilk orbital uçuşda məhz bu prototipin iştirak edəcəyi də dəqiq deyil. Belə ki, hazırda şirkət "Starship"in bir neçə prototipi üzərində çalışır. Bununla belə, kosmik gəminin ilk orbital uçuşu üzrə növbəti cəhdin nə zaman reallaşdırılacağı haqda hələ ki, heç bir məlumat yoxdur.
"DarkBERT" adlı süni zəka modeli yaradılıb
Koreyalı elm adamları "DarkBERT" adlı süni zəka modeli hazırlayıblar. "Techxplore" veb saytına istinadən bildirilir ki, sözügedən süni zəka modeli darknetdə (təhlükəsizlik məqsədləri üçün yaradılan şəbəkə) olan elmi məlumatların axtarışı üçün yaradılıb.
Qeyd edək ki, sözügedən neyron şəbəkəsi xüsusi filtrlərə sahibdir və həmin filtrlər istifadəçiləri arzuolunmaz məlumatlardan qorumaq üçün nəzərdə tutulub. "DarkBERT" neyron şəbəkəsi 2019-cu ildə hazırlanmış "RoBERTa" adlı arxitekturaya əsaslanır.
Koreyanın Elm və Texnologiya İnstitutunun mütəxəssisləri aşkar ediblər ki, sözügedən arxitektura düşünüldüyündən daha yüksək performansa sahib ola bilər. Süni zəka modelini təlimatlandırmaq üçün mütəxəssislər Tor (ing. The Onion Router) brauzeri vasitəsilə darkneti skan edib və daha sonra emal edilməmiş məlumatları filtrdən keçiriblər. Bu üsul ilə mütəxəssislər süni zəka modelinin təlimatlandırılması üçün lazım olan məlumatlar bazasının yaradılmasına nail olmaq istəyiblər. Nəticədə isə sözügedən neyron şəbəkəsi ərsəyə gəlib. Məlumata görə, bu neyron şəbəkəsi darknetdəki kontentlərin fraqmentlərini analiz etməklə yanaşı, həmçinin onlardan faydalı məlumatları da əldə edə bilir.
Kosmosa nüvə mühərrikli raket göndəriləcək
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA