Anadolu agentliyi: Azərbaycan, Ermənistan və Rusiya liderləri mayın 25-də Moskvada görüşəcəklər
"Anadolu agentliyi" Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 25-də Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə Moskvada görüşəcəklərinə dair məlumat yayıb. Mayın 25-də Rusiyanın vasitəçiliyilə baş tutacaq görüşə Nikol Paşinyan da razılıq verib. Xəbərdə qeyd olunub ki, Şarl Mişelin vasitəçiliyilə Brüsseldə görüşən dövlət başçıları görüşün sonunda Azərbaycanın 86600 və Ermənistanın 29800 kvadratkilometrlik ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Həmçinin tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqları qeyd olunur. Xəbərdə mayın 19-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşdükləri də bildirilir.
Europa Press: Azərbaycan İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən Brüssel görüşünü faydalı hesab edir
Azərbaycan hökuməti Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü ikitərəfli gərginliyi aradan qaldırmaq və sülh sazişinə doğru irəliləmək üçün faydalı proses adlandırıb. Bu barədə İspaniyanın xəbər saytı Europa Press məlumat yayıb.
Xəbərdə bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz saytında dərc olunmuş bəyanatında görüşü iki ölkə arasında normallaşma prosesinin irəlilədilməsi baxımından nəticəyönümlü hesab etdiyini qeyd edib.
"İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə doqquz aya yaxın fasilə verilən Brüssel formatında görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir", - deyə bəyanatda qeyd olunub.
"MENAFN": Azərbaycan və AYİB əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər
"MENAFN" xəbər saytı Avropa Yenidənqurma və İnkişaf Bankının Səmərqənddə keçirilən Rəhbərlər Şurasının 32-ci illik toplantısı barədə məlumat yayımlayıb. Məlumatda Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin bankın Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşniklə görüşdüyü qeyd olunub. Azərbaycanın bankla əməkdaşlığının uğurla davam etdiyi də öz əksini tapıb. Bundan başqa, xəbərdə ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri də yer alıb. Qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində ikitərəfli tərəfdaşlıq potensialının mövcudluğu da vurğulanıb. Görüş zamanı tərəflərin əməkdaşlığın genişləndirilməsi, həmçinin Bankın ölkəmizdə həyata keçirdiyi dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakı barədə müzakirələr də xəbərdə əks olunub.
TASS: Azərbaycan və Rusiya arasındakı ticarət dövriyyəsi yanvar-aprel aylarında 55,3 faiz artıb
Rusiyanın xəbər agentliyi "TASS" 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin 1,39 milyard dollara çatması ilə bağlı məlumat yayımlayıb. 2023-cü ilin sözügedən aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji göstəricisindən 55,3 faiz çoxdur. Azərbaycanın Rusiyaya ixracı 349,48 milyon dollar (keçən illə müqayisədə 75,7 faiz çox), idxalı isə 1,04 milyard dollar (keçən ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz çox) təşkil edib. Bununla yanaşı, qeyd edilib ki, yanvar-aprel aylarında Rusiya Azərbaycanın kommersiya tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub.
"Kuwait Times": Azərbaycan səfiri "Kuwait Times" və "Kuwait News"un ofislərində olub
Azərbaycan Respublikasının Küveytdəki səfiri Emil Kərimov "Kuwait Times" və "Kuwait News" qəzetlərinin ofislərində olub.
Bu barədə Küveytin yerli "Kuwait Times" saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, səfir İctimaiyyətlə Əlaqələr və KSM (korporativ sosial məsuliyyət) meneceri Jana Al-Naqeeb, idarəedici redaktor Mustafa Qamhiya və baş redaktorun müavini Faten Omar ilə görüşüb. Görüşdə səfir Emil Kərimov ötən il Azərbaycana 22 min küveytlinin səfər etdiyini və iki ölkə arasında "Küveyt Hava Yolları", "Cəzirə Hava