AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Energy Intelligence": Avropa Azərbaycanın enerji tədarüküvədlərinə əmindir

Amerikanın "Energy Intelligence" informasiya portalı bu il mayın 3- ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusundakı dördüncü beynəlxalq konfransla bağlı məlumat yayımlayıb. Məlumatda Azərbaycan Avropa Komissiyası arasında imzalanmış anlaşma memoranduma əsasən ölkəmizin nəzərdə tutulduğu kimi, 2027-ci ilə qədər Avropaya təbii qaz satışını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdıra biləcəyi qeyd olunub. Yazıda, həmçinin Prezident İlham Əliyevin 2021-ci ildə Avropa bazarına təchizatımızın təqribən 8 milyard kubmetr olması barədə fikirləri yer alıb. Bu il həmin göstəricilərin 12 milyard kubmetrə çatacağı da xəbərdə öz əksini tapıb.

 

Belta: Valeri Mitskeviç - Belarus-Azərbaycan parlament əməkdaşlığının potensialı böyükdür

Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə  səfəri çərçivəsində Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç Respublika Şurasının üzvü Valeri Belski Belarus Respublikasının Milli Assambleyası ilə əməkdaşlıq üzrə İşçi Qrupunun sədri Ziyad Səmədzadə ilə görüşüblər.

Bu barədə Belarusun yerli Belta saytı məlumat yayıb. "Ölkələrimizin deputatları arasında formalaşmış qarşılıqlı anlaşma etimad bizə əminlik yaradır ki, əlaqələrimiz Belarus Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək", - deyə Valeri Mitskeviç bildirib.

 

MENAFN: SOCAR ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında Anlaşma Memorandumu imzalanıb

MENAFN xəbər saytı Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında (JBIC) dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanması ilə bağlı məlumat yayımlayıbMəlumatda bildirilir ki, SOCAR Yaponiya şirkətləri karbon emissiyalarının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirəcəklər. Dekarbonizasiya üzrə qlobal tendensiyaya uyğun olaraq, şirkətlər aşağı karbon texnologiyalarının, o cümlədən CCS (karbon tutma saxlama) CCUS (karbonun tutulması, istifadəsi saxlanması), kimi layihələrin tətbiqi ilə bağlı məlumat mübadiləsi aparacaqlar.

 

Anadolu Agentliyi:  Azərbaycan Ermənistan tərəfindən əsir götürülmüş 2 əsgərin uydurma məhkəməsini pisləyir

Azərbaycan Naxçıvan Muxtar Respublikasının sərhəd bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən iki əsgərin uydurma məhkəmə prosesini pisləyib. Bu barədə Türkiyənin nüfuzlu xəbər saytı Anadolu Agentliyi məlumat yayıb.

Məlumatda  Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat da yer alıb.

Bəyanatda deyilir ki, Ermənistan tərəfinin bu addımı Azərbaycanın erməni girovlarının, xüsusilə yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini, heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq vermədiyini göstərir.

İrəvanı etimadın möhkəmləndirilməsi səylərini sarsıtmaqda ittiham edən bəyanatda deyilir: "Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir".

Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti iki əsgərin dərhal azad edilməsi üçün Ermənistana ciddi təsir təzyiq göstərməyə çağırıb.

 

Alarabiya News: Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 9-a yaxın şəxs saxlanılıb

Alarabiya News xəbər saytı İranın Azərbaycandakı sonuncu təxribatı ilə bağlı xəbər yayımlayıb. Xəbərdə Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əlaqədə, dövlət çevrilişi sui-qəsddə şübhəli bilinən 9-a yaxın vətəndaşın həbs edildiyi bildirilib. Məlumatda, həmçinin Bakı ilə Tehran arasında gərginliyin hər iki ölkədə diplomatik korpusun fəaliyyətinin dayandırılmasından sonra daha da artdığı qeyd olunub.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti Baş Prokurorluğun birgə bəyanatında, həmçinin daha bir neçə