GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

Ustad Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar 1905-ci ilin baharında - mart ayının 21- Təbrizin Bağmeşə məhəlləsində doğulub.

O, ilk təhsilini Xoşginab kəndində Molla İbrahimdən molla Ağa Məhəmməd Bağırdan alıb, Molla İbrahimə qədər isə yazıb-oxumağı dövrünün tanınmış ziyalısı olan atasından öyrənib.

Təhsilini davam etdirmək üçün 1921-ci ildə Tehrana gəlib Məhəmmədəli şah Qacarın bacısı Əkrəm-üs-səltənənin evinə düşür Darülfünuna yazılır. Burada təhsilini başa vurduqdan sonra, 1924- ildə Tehran Universitetinin tibb fakültəsinə daxil olur.

Şeirə, söz sənətinə öz yazdıqlarına ciddi tənqidi münasibəti olan Şəhriyar əsərlərinin çapına son dərəcə məsuliyyətlə yanaşıb. Buna görə əsərlərinin tam külliyyatı - IV cildlik divanı ilk dəfə 1957-ci ildə "Xəyyam" nəşriyyatının müdiri Məhəmmədəli Tərəqqinin yaxından köməyi ilə çap olunub. Külliyyatın I cildində fars dilində yazılmış qəzəllər, qitələr rübailər, II cilddə məsnəvilər, qəsidələr müxtəlif şeirlər, III cildində "Şəhriyar məktəbi" adı altında digər şeir poemalar, həmçinin "Heydərbabaya salam" mənzuməsi, IV cildində "Gecənin əfsanəsi", "Stalinqrad qəhrəmanları", "Şeir hikmət", "Ey-vay, anam", Qardaşım oğlu Huşəngə", "Mumiyalanmış adam" məsnəvi poemaları, "Qəsidə", "Səba ölərmi?" kimi müxtəlif poetik formalarda qələmə alınmış əsərləri toplanıb. "Heydərbabaya salam" poemasını ədəbiyyatşünasların əksəriyyəti yaradıcılığının şah əsəri kimi qiymətləndirir. Poema dünyanın 80-dən çox xalqının dilinə tərcümə olunub.

Şair uzun sürən xəstəlikdən sonra, 1988-ci ilin 18 sentyabrında Tehranın Mehr xəstəxanasında dünyasını dəyişib vəsiyyətinə əsasən "Məqbərət-üş-şüəra"da dəfn olunub.

 

Balaca əsgər

Səndən ötrü mən istərəm lap şah ətəyindən tutam,

Bir çətinə, dara düşsən, Allah ətəyindən tutam.

Səni bu cür böyüdənin dolanam başına gərək,

Gah-gah əllərindən öpəm, gah-gah ətəyindən tutam.

Arzum budur amm oxu düşməninə dəysin sənin,

Hədəfinə yetsin deyə mən ah ətəyindən tutam.

Papağında "Şiri-xurşid" şəkilli bir düymə var,

İşin düşsə mən hazıram padşah ətəyindən tutam.

Sənə xətər toxunmasın bu qorxulu, qanlı yolda,

Gəlmişəm sübhə yalvaram, sabah ətəyindən tutam.

Qıymaram qara yellərə başındakı bir tükü ,

Pənah ola tale sənə, pənah ətəyindən tutam.

Ulu Tanrı, dərgahından bu cavana bir qapı ,

Şəhriyaram, əhd eylərəm dərgah ətəyindən tutam.

 

Uşaq ədəbiyyatı çağdaş ədəbi proseslər

(əvvəli 13, 14, 16 17 may tarixli saylarımızda)

Bununla bağlı Nadir Əzhərinin yazdığı fikirlər tam bir gerçəkdir: "İndiki vaxtda, gözəl bir kitab dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları