GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HAŞIM TƏRLAN

Əslən Sərabdandır. 1923- ildə Bakıda fəhlə ailəsində anadan olub, orta təhsilini 10 saylı orta məktəbdə alıb. Kiçik yaşlarından şeirə-sənətə böyük maraq göstərib. 1938-ci ildə bütün İranlı mühacirlər kimi, 15 yaşlı yeniyetmə Haşımın ailəsi İrana məcburi köçürülüb. Bununla da onun keşməkeşli ömrünün ikinci mərhələsi başlayıb. Bəlli səbəblər üzündən o, Sərab mahalındakı ata-baba yurdu Zəngioba - Zəngilabadda, ümumiyyətlə Güney Azərbaycanda təhsil ala bilməyib.

O, 1964- ildə Səlamullah Cavidin Tehranda təşkil etdiyi "Dostlar görüşü" ədəbi məclisinin toplantılarına qatılır məclisin ən fəal üzvlərindən biri olur.

Tərlanın ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların dərin rəğbətini qazanır. Daha sonra "Araz gülür" (Təbriz, 1999), "Durnalar gələndə" (Təbriz, 1998), "Gümüş pencək" (Tehran, 2007), "Yolçu yolda gərək" (Tehran, 2004), "Zirvədə günəş" (Tehran, 2009), "Uşaqlar dünyası" adlı kitabları çap olunur.

Şair 16 noyabr 2014- ildə dünyasını dəyişib Tehranın "Behişti Zəhra" məzarlığında torpağa tapşırılıb.

 

Dünya uşaqları

(Ümumdünya Uşaqlar Günü münasibətilə)

 

Ey dünyanın əlvan çocuqları!

Siz ey gələcəyin parlaq ulduzları!

Ağlı-qaralı,

Allı-sarılı!

 

Gününüz mübarək!

Başınızın üstündən əsən küləklərdən,

Əlçim-əlçim axan buludlardan,

 

Sizə salam göndərirəm,

Qucaq-qucaq, ətək-ətək!

 

Sabahın nəbzi əlinizdə,

Musavat kəlməsi dilinizdə,

İrəli!

 

Əlinizdən tutacaqdır zamanın əli,

Sabah sizindir,

Siz sabahın.

 

Dünyanı əmanət veririk sizə,

Qoy iblislər yol tapmasın qəlbinizə!

Gününüz mübarək!

Salam göndərirəm sizə,

Qucaq-qucaq, ətək-ətək!

 

BULUD QARAÇURLU SƏHƏND

1926- ildə Marağada yoxsul ailədə dünyaya gəlib. Onun soykökü qədim xəzərlərin məşhur Qaraçurlu tayfası ilə bağlıdır. Tədqiqatçıların fikrincə, bu tayfanın bir hissəsi orta əsrlərdə türk axınları zamanı Turan çöllərındən köç edib İranın Qaradağ bölgəsində yurd salıb. 1917-1918-ci illərdə rus-erməni-aysor çətələrinin talan qətliamları dövründə şairin ailəsi dədə-baba yurdundan Marağaya köçüb.

 Bulud ilk təhsilini doğma şəhərinin Xacə Nəsir mədrəsəsində alıb, sonra orta təhsilini Təbrizdə davam etdirib.

Ölkədə baş verən siyasi proseslər gənc Buludun dünyagörüşündə köklü dəyişikliklər etdi. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin gənclik qollarında fəal siyasi fəaliyyətə qoşulduğuna görə təhsilini yarımçıq qoymağa məcbur qaldı. İlk mətbu şeirləri 1946- ildə nəşr edilmiş "Şairlər məclisi" adlı şeir toplusunda dərc olunub. Milli Hökumət süquta uğradıqdan sonra iki dəfə həbs edilib, Tehrana sürgün olunub.

1979-cu ildə 53 yaşında vəfat edib, Tehranda dəfn olunub.

 

ARAZ