"Haber Global": Prezident İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana təbrik zəngi
Türkiyənin məşhur "Haber Global" xəbər saytı Prezident İlham Əliyevin Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana telefon zəngi barədə məlumat yayımlayıb. Məlumatda dövlətimizin başçısının qardaş ölkədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı təbrik etdiyi qeyd olunub. Məqalədə, həmçinin Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyi barədə səsləndirdiyi fikirlər də öz əksini tapıb. Xəbərdə Ərdoğanın İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığı da yer alıb. Bundan başqa, dövlət başçılarının telefon danışığı zamanı iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu ehtiva edən fikirləri də yazıda əks olunub.
BNN: Azərbaycan Prezidenti İlham Əliyev Belçikada Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
BNN xəbər saytı ölkə başçımızın Belçikaya işgüzar səfəri ilə bağlı məlumat yayımlayıb. Xəbərdə Belçikanın Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dəstəyi vurğulanaraq, əlaqələrin gücləndirilməsi və ikitərəfli əməkdaşlığın səmərəliliyi istiqamətində atılan addımlar müsbət qiymətləndirilib. Avropa Komissiyasının rəsmiləri və Belçikanın Baş naziri ilə görüşlərin ikitərəfli əlaqələri daha da gücləndirmək və əməkdaşlığın yeni yollarını araşdırmaq imkanı verməsi də məlumatda öz əksini tapıb.
Euronews: Azərbaycan və Ermənistan liderləri danışıqlar üçün Brüsseldə görüşdü
İki ölkə arasındakı sərhəddə yenidən gərginliyin artması fonunda Ermənistan və Azərbaycan liderləri Brüsseldə danışıqlar üçün bir araya gəliblər. Bu barədə nüfuzlu xəbər saytı "Euronews" xəbər yayımlayıb. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəçilik edib. O, şənbə günü axşam Nikol Paşinyanla, bazar günü səhər isə İlham Əliyevlə ikitərəfli görüş keçirib. İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüş iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq. Görüşdə Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcək.
Commonspace.eu:Qazaxıstanın Azərbaycana neft ixracı apreldə 75 faiz artıb
Avropa Birliyinin Commonspace.eu saytının məlumatına görə, Qazaxıstanın milli neft daşıyıcısı olan "KazTransOil" Aktau limanı vasitəsilə Azərbaycana neft ixracını əhəmiyyətli dərəcədə artırıb. Aprel ayında ixracın həcmi əvvəlki ayda 87 min tona qarşı 75 faiz artaraq 152,4 min tona çatıb. Məqalədə qeyd olunub ki, Qazaxıstandan Azərbaycana neft nəqlinin artırılması aprelin 10-da Prezident Qasım-Jomart Tokayevlə Prezident İlham Əliyevin geniş spektrli sahələr üzrə anlaşma memorandumları imzaladıqları görüşdən sonra baş verib. Qeyd edək ki, ötən il Qazaxıstanın milli neft-qaz şirkəti olan "KazMunayQaz" və Azərbaycanın SOCAR şirkəti arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin Azərbaycandan və Gürcüstandan keçməklə Türkiyəyə nəqlinə dair 5 illik müqavilə imzalanıb.
The Diplomatic İnsight: Azərbaycan nümayəndə heyəti Pakistan Konstitusiyasının qızıl yubileyində
"The Diplomatic İnsight" xəbər saytı Milli Məclisin sədr müavini Adil Əliyevin Pakistan Milli Assambleyasının təşkil etdiyi Beynəlxalq Parlament Konvensiyasında iştirak etmək üçün Pakistana rəsmi səfəri ilə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Pakistan Milli Assambleyası tərəfindən "Mənim Konstitusiyam - azadlığımın təminatı" adlı konvensiya Pakistan Konstitusiyasının Qızıl Yubileyini qeyd etmək üçün təşkil olunub. Adil Əliyev səfər zamanı bir çox yüksək səviyyəli görüşlərdə iştirak edib və Azərbaycanın Pakistanla ikitərəfli əlaqələrin inkişafına sadiq olduğunu bildirib. Sədr müavini hər iki ölkənin tarixi birliyini xüsusi vurğulayıb. O, Azərbaycanla Pakistan arasında mövcud olan köklü və möhkəm təməl üzərində qurulmuş ikitərəfli və qardaşlıq əlaqələrindən də danışıb.
İki ölkə arasındakı yaxınlıq müxtəlif, o