Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur.

 

Qardaş dost Azərbaycanın firavanlıq sabitlik şəraitində yaşayan bir ölkə olması üçün böyük xidmətlər göstərən Heydər Əliyevin müdrik rəhbərliyi türk dünyası, bütün beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycanın yetirdiyi böyük dövlət adamı Heydər Əliyev ölkələrimiz arasında müştərək tarix mədəniyyətə əsaslanan əlaqələrin inkişafına bununla da qardaşlıq dostluğumuzun möhkəmlənməsinə böyük töhfə vermişdir.

Bülənd ARINÇ,

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri.

 

Prezident Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasının, ölkənin bugünkü inkişafının təməlini qurmaqla bərabər, regionda sülh sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz bir lider idi.

Dzünitiro KOİDZUMİ,

Yaponiyanın sabiq baş naziri.

 

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin Azərbaycan Respublikasının tarixinin bir çox parlaq əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Murtuza RƏHİMOV,

Başqırdıstan Respublikasının sabiq prezidenti.

 

Prezident Heydər Əliyev Azərbaycana sabitlik gətirmiş regional münaqişələrin sülh yolu ilə həll olunması üçün əzm nümayiş etdirmişdir. Həm Azərbaycanın qonşuları, həm regiondan kənarda yerləşən dövlətlərlə mehriban əlaqələrin qurulması üçün böyük əmək sərf etmişdir. Azərbaycanın gələcəyinin zəmanəti üçün iqtisadi inkişafın vacibliyini dərk etmiş gələcək tərəqqinin əmin olunması məqsədilə yorulmadan səylər göstərmişdir.

Lord Corc ROBERTSON,

NATO-nun sabiq baş katibi.

 

 

Mən Prezident Heydər Əliyevin qonağı kimi Azərbaycana rəsmi səfər etmişdim. Onun əzab çəkən acınacaqlı vəziyyətdə yaşayan qaçqınları sevərək, onlara qayğı ilə xidmət etdiyini lap yaxından gördüm. Mən həm Azərbaycanın yenidən qurulması üçün atılan addımları gördüm. Heydər Əliyev əvvəl Sovet İttifaqı rəhbərliyində olarkən, sonra isə müstəqillik zamanı xalqına uzun müddət xidmət etmişdir.

Faruk ƏHMƏD XAN LEQARİ,

Pakistan İslam Respublikasının

sabiq prezidenti.

 

Heydər Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında xidmətlərini yaddan çıxarmırıq bu münasibətlərin gələcəkdə inkişaf edəcəyinə ümid bəsləyirik.

Kim EN NAM,

Koreya Xalq Demokratik Respublikası

Ali Xalq Məclisi Rəyasət Heyətinin sabiq sədri.

 

Cahanşümul siyasətçi kimi dünya siyasəti proseslərinin yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini Heydər Əliyevin dilindən eşitməyim mənin üçün çox əhəmiyyətlidir.

Koçeril Raman NARAYANAN,

Hindistanın sabiq prezidenti.

 

Heydər Əliyeviç Əliyev həm öz sırf şəxsi, insani keyfiyyətlərinə görə, həm özünün bənzərsiz siyasi yoluna görə nadir, bir çox cəhətdən təkrarolunmaz şəxsiyyətdir. Dağıstan xalqlarının həyatına ənənələrinə bələd olması ilə Heydər Əliyev hər bir dağıstanlının məhəbbət ehtiramını qazanmışdır.

Məhəmmədəli MƏHƏMMƏDOV,

 Dağıstan Respublikası Dövlət Şurasının

sabiq sədri.