HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR
Siyasət

HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR

(əvvəli 30 31 mart tarixli saylarımızda)

Həmin vaxtlar xüsusi xidmət orqanları tərəfindən partladılmış telestudiya işləmir, qəzetlər nəşr olunmurdu. Mərkəzdə M.Qorbaçov, Bakıda isə Ə.Vəzirov Bakı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısını alırdı. Baş vermiş faciə ilə 9 yanvar 1905-ci ildə törədilmiş qırğın arasında analogiya aparmaq olar. Həmin vaxtda da vətəndaşların güllələnməsi əmrini dövlətin başçısı vermişdi. Əsrin əvvəlində imperator II Nikolayın əməlini əsrin sonunda Mixail Qorbaçov təkrarladı.

Xalq qəhrəmancasına həlak olmuş oğul qızlarını torpağa tapşıran zaman rəhbərlikdə oturmuş marionetkalar birinci yer uğrunda mübarizə aparırdılar. Onların hər biri yüksək tribunalardan özlərini tərifləyirdilər. Elə bil heç Bakıda faciə baş verməmişdi. Qanlı hadisədən bir gün keçmədi ki, xalq doğma yaxın bir səsin etirazını eşitdi. Bu, Heydər Əliyevin səsi idi. Xəstəlikdən hələ tam sağalmamış, ev dustağı vəziyyətində yaşayan Heydər Əliyev Bakıdakı faciə haqqında eşidən kimi 1990- il yanvarın 21- səhər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilmiş hadisənin vəhşilik, vandalizm aktı olduğunu bunun M.Qorbaçov başda olmaqla sovetlər birliyinin rəhbərliyi tərəfindən törədildiyini bütün dünya ictimaiyyətinin nəzərinə çatdırmışdı. Bu, vətəndaş borcunun yerinə yetirilməsi, eyni zamanda cəsarətin bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan xalqı naminə özünün ailəsinin həyatını təhlükəyə atmaqdan da çəkinmədi. Bu bəyanat Kremlin yaxınlığında yerləşən Azərbaycan nümayəndəliyində verildi. Heydər Əliyev etdiyini yaxşı başa düşürdü. Ancaq o istəyirdi ki, dünya ictimaiyyəti Bakıda baş vermiş hadisələr barədə həqiqəti bilsin. Onun bəyanatından qəzəblənən M.Qorbaçov isə Heydər Əliyevə bütün Azərbaycan xalqına nifrətini ürəyində boğaraq yalnız "heyf ki, Bakıda az adam qırılıb" sözlərini deməklə kifayətləndi.

Həmin günləri xatırlayarkən 1996- il oktyabrın 29-da Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimində çıxış edən Heydər Əliyev demişdi: "1990- ilin qanlı yanvar hadisəsini xatırladıram. Azərbaycan xalqına qarşı böyük cinayət, təcavüz edilmişdir. Azərbaycan xalqı ayağa qalxdı. Xalqımız öz milli azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxdı".

Xəbis niyyətli M.Qorbaçovun sözlərindən belə çıxırdı ki, Bakıda ən azı min nəfər qətlə yetirilməli imiş. Qeyd edək ki, Qanlı Yanvar hadisələrindən öncə Bakıda mitinqlər zamanı şəhər kənarında sovet ordusunun SSRİ DİN-in böyük qüvvələri cəmləşdirilmişdi. Bura 7-ci ordunun üç diviziyası, SSRİ Müdafiə Nazirliyinin strateji qüvvələri, Xəzər hərbi dəniz bazası, desant briqadasından ibarət elitar hissələr, sərhəd qoşunları, SSRİ DTK-nın xüsusi hissələri, "Alfa" qrupu, hərbi hava raket qoşunlarının hissələri s. qüvvələrdən ibarət qoşun yerləşdirilmişdi. Həmin qoşunlarda təxminən 60-70 min əsgər zabit var idi. Qırx min nəfərdən ibarət qruplaşmanı Bakıya yeritməklə Moskva qanlı iğtişaş törədib digər SSRİ xalqlarında da vahimə yaratmaq məqsədini güdürdü. Ancaq mərkəz səhvə yol verirdi. Bakı hadisələri SSRİ-nin totalitar rejimin sonu idi. Azərbaycan xalqı ayağa qalxaraq SSRİ xalqlarını da oyatdı, ilk dəfə olaraq Mərkəz baş qaldırmış kütlə qarşısında geri çəkilməyə məcbur oldu. Üç gündən sonra Rostov vilayətindən, Krasnodar Stavropol diyarından Bakıya gətirilmiş başkəsənlər geri çağırıldı. Bu vaxt ərzində Azər-baycan xalqı onun himayədarı olan Heydər Əliyevin isti nəfəsini duymaqda idi. M.Qorbaçov onun ermənipərəst ətrafı Heydər Əliyevə 20 Yanvar hadisələri ilə bağlı bəyanatını bağışlaya bilməzdi. Az sonra Moskva Beynəlxalq Münasibətlər İnstitutunda dərs deyən Heydər Əliyevin oğlu İlham Əliyev işdən çıxarıldı. Yeri gəlmişkən qeyd edək ki, İlham Əliyev bu institutu müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuş namizədlik dissertasiyasını müdafiə etmişdi. İlham Əliyevin geniş dünyagörüşü savadını nəzərə alan institut rəhbərliyi onu müəllim k