ÜMUMMİLLİ LİDER — 100
Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir.
Azərbaycan dövlət müstəqilliyinin çətin dövründə tab gətirə bildi. Heydər Əliyev o dövrün çox hissəsini ölkənin Prezidenti olmuş, nümayiş etdirdiyi liderliyi ilə Azərbaycanın suverenliyini təsdiq etmişdir. Həmin dövrdə Birləşmiş Ştatlar Azərbaycanla birgə möhkəm dayanmış və Prezident Heydər Əliyevlə işləyərək, Azərbaycanın müstəqilliyini gücləndirməyə çalışmışdır.
Xalqınız həm də Prezident Heydər Əliyevin sayəsində müstəqilliyini təmin etmiş, demokratik və müasir dövlət quruculuğu yoluna sadiqlik göstərmiş Azərbaycanın gələcəyinə nikbinliklə baxa bilər.
Riç və Ənn KOZLARİÇLƏR,
ABŞ-ın Azərbaycandakı sabiq səfiri və onun xanımı.
Heydər Əlirza oğlu təkcə Azərbaycan xalqının deyil, həm də bütün keçmiş Sovet İttifaqının lideri və siyasi xadimi idi. Ölkəmizdə Heydər Əliyevi yaxşı tanıyırdılar və o, cəmiyyətin bütün təbəqələrində çox böyük hörmət qazanmışdı.
X.ZARİPOV,
Tacikistan Respublikasının ABŞ-dakı sabiq səfiri.
O, böyük lider idi və öz uzaqgörənliyi ilə Azərbaycan xalqına sülh və firavanlıq bəxş etmişdir. Prezident Heydər Əliyevlə şəxsi dostluğumu yüksək qiymətləndirirəm və onunla Bakıda, İstanbulda, Nyu-Yorkda, Hyustonda və Vaşinqtondakı görüşlərimiz haqqında xoş xatirələri heç vaxt unutmayacağam.
Qreq LAFLİN,
Amerika Birləşmiş Ştatları Konqresinin keçmiş üzvü.
Prezident Heydər Əliyev böyük insan və sədaqətli vətənpərvər idi. Azərbaycanda bugünkü sabitlik və tərəqqi onun sayəsində bərqərar edilmişdir.
Arsalan PURHƏSƏN,
Fransa sahibkarı.
Bu insan həmişə parlaq, ilhamlı, əqidəli şəxsiyyət olmuşdur. O, Belarus xalqının səmimi dostu idi...
Heydər Əlirza oğlu müstəqil Azərbaycanın bünövrəsini qoymuş, demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmışdır. Onunla ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olanların hamısı ona bəslədikləri ən səmimi hissələri həmişə qəlblərində saxlayacaqlar.
Mixail XVOSTOV,
Belarusun ABŞ-dakı sabiq səfiri.
Zati-aliləri cənab Heydər Əliyev müasir və müstəqil Azərbaycan Respublikasının yeni tarixində ölçüyəgəlməz iz buraxmışdır.
Draqan ÇOVİÇ,
Bosniya və Herseqovina Rəyasət Heyətinin
sabiq sədri.
Heydər Əliyev beynəlxalq miqyaslı ən nüfuzlu liderlərdən biri idi, onun çox böyük potensialı güclü və müstəqil Azərbaycanın təşəkkülündə öz tarixi rolunu oynamışdır.
Onun bütün həyatı xalqa, ölkəmizin müstəqilliyinə və azadlığına həsr edilmişdi. Lideri olduğu Azərbaycan xalqının məhəbbəti və sədaqəti onun üçün ən əziz və layiqli mükafat idi.
Biz həmişə yadda saxlayacağıq ki, Heydər Əliyevin şəxsi səyləri sayəsində bütün dünya azərbaycanlılarının milli birliyi və həmrəyliyi dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.
İnanırıq ki, onun milli ideya kimi formalaşdırdığı azərbaycanlıların mənəvi birliyi, milli ümumiliyi, Vətənə məhəbbəti hər bir soydaşımız üçün parlaq həyat yoludur.
Məmməd ƏLİYEV,
Ümumrusiya Azərbaycan Konqresinin
prezidenti.
Prezident Heydər Əliyev görkəmli lider idi və o, beynəlxalq aləmdə yaranmış bir neçə ən mürəkkəb və çətin vəziyyətin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.
Riçard MATSKE,
"ŞevronTeksako" Korporasiyası Direktorlar
Şurası sədrinin sabiq birinci müavini.
Heydər Əliyev dəyərli böyük dövlət adamı, Azərbaycanın müstəqilliyinin memarı, beynəlxalq siyasətdə mühüm yer tutmuş, dünyada sülhə töhfə vermiş, bütün həyatı boyunca xalqların qardaşlığına çalışmış, dünyanın ən çətin və strateji bölgəsində yerləşən, Xəzər dənizinin sərvətlərinə malik olan