MÜSTƏQİL AUDİTOR HESABATI
“Meqa Sığorta” ASC-nin səhmdarlarına
Maliyyə hesabatlarının auditi barədə hesabat
Rəy
Biz, “Meqa Sığorta” ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatları, məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında həmin tarixdə bitən il üzrə hesabatlar, mühüm uçot siyasətlərinin xülasəsi və digər izahlı məlumatı əks etdirən qeydlərdən ibarət verilmiş maliyyə hesabatlarını audit etdik.
Fikrimizcə, maliyyə hesabatları Şirkətin 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə bitmiş il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları bütün əhəmiyyətli aspektləri baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq obyektiv şəkildə təqdim edir.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etik Standartları Şurasının Etik Məcəlləsi (MBESŞ Kod)-nin etik normalarının tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Digər Maddə Paraqrafı
31 dekabr 2021-ci il tarixində başa çatan il üçün şirkətin konsolidə edilmiş maliyyə hesabatları, 23 sentyabr 2022-ci il tarixli hesabatı ilə əlaqədar dəyişdirilməmiş rəy bildirən başqa bir auditor tərəfindən yoxlanılmışdır.
Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri
Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:
lMaliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki, saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur,
lMövcud şərtlərdə