TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti hərbi ayaqqabıların satın alınmasına dair

Elektron satınalma elan edir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını asanpay vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 400 (dörd yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2.Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

3.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixindən sonra 30 bank günü qüvvədə olmalıdır)

4.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti

7.İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd

8.Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd

9.Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd

10.Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 13.07.2021-ci il saat 11:30-a qədər, tender təklifi və bank təminatını isə 23.07.2021-ci il saat 11:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 26.07.2021-ci il saat 11:30-da Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.


Azərbaycan ordusunun hərbi hissələrində olan elektron-optik və optik cihazlar üçün akkumulyator batareyalarının satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçıları öz tender təkliflərini satınalmalarınn vahid elektron portal vasitəsilə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər, 100 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən və tələb olunan iddiaçı sənədlərini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid eletron portalı (bundan sonra -elektron portal) vasitəsilə ala bilərlər. Sənədlərin təqdimi portal vasitəsilə həyata keçirilir.

Hesab: Dövlət Xəzinədarlıq Agentliyi,

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesabı : AZ 41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK: CTREAZ 22

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hesab №-si: AZ84CTRE00000000000002058501

VÖEN:1300162621

Büdcə səviyyəsinin kodu: 142593.

Fond 3. Müdafiə Nazirliyinin tenderində iştirak haqqı.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilat iddiaçıların ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində, tenderin əsas şərtlər toplusunda və yaxud təkliflərin cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndiriləcəkdir.

Satınalan təşkilat hər hansı bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdırır.

Hər hansı tender təklifinin qiyməti satın alınan malların ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını rəhbər tutaraq həmin təklifi kənarlaşdıracaq.

Tenderdə iştirak etmək üçün bütün iddiaçılar aşağıdakı sənədləri elektron portal vasitəsilə təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1%-i (bir faizi) həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır.

Tender təklifinin təminatı bankların filialları və ya bölmələri tərəfindən verildiyi halda, tender təklifinin təminatı filialları və ya bölmələri təsis edən bankların İdarə heyəti tərəfindən təsdiq olunmalıdır.

Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriociləri aşağıdakı meyarlara uyğyn gəlməli, aşağıdakı sənədlər ilə təsdiq olunmalı və sənədlər (tələb olunan formada) satınalan təşkilata elektron portal vasitəsilə təqdim edilməlidir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması barədə sənəd (malgöndərən tərəfindən hazırlanır);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (malgöndərənlərin uçotda olduğu vergi orqanından alınır);

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəniçlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında sənəd (malgöndərənin uşotda olduğu vergi orqanından alınır);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərinio işarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış (malgöndərən tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət mərkəzlərindən (məhkumluq barədə arayış) alınır);

- İddiaçının nizamnaməsinin surəti (notarial qaydada təsdiq edilməli);

- Hüquqi statusunu təsdiq edən sənədlər (notarial qaydada təsdiq edilməli);

- (malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri);

- Bank rekvizitləri (rəsmi məktub və ya arayışla).

İddiaçılar tələb olunan sənədləri bir nüsxədə hazırlayıb, tenderdə iştirak etmək üçün 12 iyul 2021-ci il tarixə saat 10:00-dək, tender təkliflərini isə 22 iyul 2021-ci il tarixə saat 17:00-dək dövlət satınalmalarının vahid elektron portalı (bundan sonra - elektron portal) vasitəsilə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri elektron portal tərəfindən qəbul olunmayacaqdır.

Tender zərflərinin açılması proseduru portal vasitəsilə 23 iyul 2021-ci il tarixdə saat 10:00-da keçiriləcəkdir.

Tender “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

Tender haqqında əlavə məlumatları portal vasitəsilə “suallar və cavablar/şikayətlər” bölməsindən almaq olar.

Bakı şəhəri, Parlament prospekti 3.

Müdafiə Nazirliyinin Tender Komissiyası.

Əlaqələndirici şəxs: F.Mehrəliyev.

Tel., şəhər: 012 539-80-60, daxili 10-241

E-mail: [email protected]


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender predmeti: 15.000.000 (on beş milyon) ədəd SMS paketinin satınalınması

Tenderdə iştirak etmək istəyən iddiaçılara təklif olunur ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imza (və ya “ASAN imza”) vasitəsi ilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

İştirak haqqı: 300,0 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tenderdə iştirak etmək və satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması haqqında sənəd;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- İddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı;

- İddiaçının tenderdə iştirak etmək və satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması haqqında sənəd;

- Malgöndərənin (podratçıların) mikro, kiçik,orta və iri sahibkarlıq subyektlərinə aid olmasına bağlı məlumat.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14.07.2021-ci il saat 12:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 26.07.2021-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 27.07.2021-ci il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Ələqələndirici şəxs: Rəşad Xuduzadə-tel: (+994 12444-74-44/daxili 2632), email: [email protected].


Daxili İşlər Nazirliyinin Tibb İdarəsi dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalı (Portal) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu, iddiaçıların maddi-texniki imkanları (maliyyə vəziyyəti, anbar və s.). Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: 200 (iki yüz) manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 30.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: İskəndərov Nadir

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 161

Telefon: (012) 590 20 10

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

H/hesabı: AZ88CTRE00000000000002078508

VÖEN: 1700341621

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3.Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1%-i həcmində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.Son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəciyisinin Azərbaycan Respublikasının Vergi Məcəllləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

7.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

8.İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

9.Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməmə barədə arayış

10.Təhlükəsizliyin təmin olunması məqsədilə iddiaçılardan qeyd olunan satınalmalarla əlaqədar (malların çatdırılması və s.) əlaqələndirici şəxslər, eləcə də istifadə olunacaq nəqliyyat vasitələri barədə ətraflı (şəxsiyyət vəsiqəsinin, iş yerini təsdiqləyən sənədin, nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənədin və nəqliyyat vasitələrinin dövlət qeydiyyatına dair sənədin surətlərinin) məlumatların ilkin sənədlərlə birlikdə təqdim olunması tələb olunur.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.07.2021-ci il saat 13:00 tarixinə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Tender təklifi ilə bank təminatı sənədlərini 22.07.2021-cu il saat 13:00 tarixinə qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifləri zərfləri 23.07.2021-cu il saat 13:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Astara Rayon Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyinin ərazisində abadlıq işlərinin satınalınması məqsədilə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs: Muradov Mətləb

Ünvan: Astara rayonu, Kijəbə qəsəbəsi

Telefon (025)2235171

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 - Kijəbə qəsəbə ərazisində abadlıq işlərinin satınalınması

İştirak haqqı: 150 manat

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 150 (bir yüz əlli) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat: Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi

Dövlət Xəzinədarlığı Agentliyi

KOD: 210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

SWİFT: CTREAZ 22

24 saylı Regional Xəzinədarlıq İdarəsi

Astara Rayon Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi

VÖEN: 3700047871

H/H: AZ32CTRE00000000000002512233

Fond: 7Y

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. İddiaçının tam adı, hüququ statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

3. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergilər Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış,

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının(podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

8. İddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

İddiaçılar (podratçılar) tender təklifi və bank zəmanəti istisna olmaqla qeyd olunan sənədləri 12.07.2021-ci il saat 10.00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar (podratçılar) öz tender təkliflərini 22.07.2021-ci il, saat: 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təkliflərinin zərfləri 23.07.2021-ci il tarixində saat: 10.00-da elektron portal vasitəsilə açılacaqdır.


Sabirabad Regional Mədəniyyət İdarəsi İstehlak yönlü müxtəlif malların satın alınması

İştirak haqqı 250 AZN

Sabirabad şəhəri İlham İsgəndərov küçəsi 8

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

14.07.2021-ci il saat 12:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

26.07.2021-ci il saat 12:00

Zərflərin açılış tarixi və vaxtı

27.07.2021-ci il saat 12:00

Təşkilati və hüquqi sənədlər:

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi)

İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd.

Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması:

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

İddiaçının Rekvizitləri:

Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

Satınalma prosedurlarının başlanmasından əvvəlki 3 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

Qeydiyyatdan keçdiyi ölkə:

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.

İddiaçının Nizamnaməsi:

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 60 bank günü təşkil etməlidir

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

4%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatını təqdim edilməlidir.

Ağammədov Yunis

Mühasib

[email protected]

050-636-50-59


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıq tender üsulunu tətbiq etməklə aşağıdakı elektron satınalmanı elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.

Satınalma predmeti avtonəqliyyat vasitələridir. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 3 ay ərzində həyata keçiriləcəkdir. Avtonəqliyyat vasitələri qaimə-faktura əsasında təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.

Satınalma ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılacaqdır.

Malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından alınır);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Elektron satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Tender təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:

Qiymət amili - 80 bal;

Zəruri texniki və keyfiyyət xüsusiyyətləri - 20 bal, o cümlədən avtonəqliyyat vasitələri üzrə zəmanətin şərtləri 15 bal, Bakı şəhərində servis xidmətinin mövcudluğu 5 bal.

Təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir: məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.

Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.

Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.

Elektron satınalmaya buraxılış və qoşulma qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak etmək üçün malgöndərənlər 200 manat məbləğində tenderdə iştirak haqqını dövlət satınalmalarının vahid internet portalı vasitəsilə Fondun hesabına ödəməlidirlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərin iddiaçı kimi elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 13 iyul 2021-ci il 10.00-dək dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:

- Tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;

- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

- İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar;

- İddiaçının mikro, kiçi