Azərbaycan Respublikası Səhiyyə Nazirliyi HİV/AİDS, Vərəm və Malyaria Proqramının Layihə Əlaqələndirmə Bürosu 2 ədəd minik avtomobilinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirmək niyyətindədir:
Malgöndərənlərin (podratçılar) ixtisas göstəriciləri və malların (işlərin və xidmətlərin) texniki və qiymət təklifləri ayrılıqda qapalı, ikiqat zərfdə imzalanıb möhürlənərək, Bakı şəhəri, Ak. Tərlan Əliyarbəyov 3 ünvana 14 avqust 2023-cü il saat 13:00 tarixə qədər təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunan təklifdə, malların (işlərin və xidmətlərin) qiyməti, nəqliyyat, sığorta, vergi, gömürük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
Təklif zərfləri 14.08.2023-cü il saat 16:00 tarixdə Bakı şəhəri, Ak. Tərlan Əliyarbəyov 3 ünvanında açılacaqdır.
Əlaqə: email: tender@gfatm.az, tel.: +99412498 20 32