DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏCƏB TAYYİB ƏRDOĞANIN SEÇKİ MANİFESTİNİN BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14- qədərki proqramı, hakim Ədalət İnkişaf Partiyasının (AKP) seçki kampaniyası dönəmi seçki manifestinin təfərrüatları üzə çıxmağa başlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, Ərdoğan mitinq əvəzinə yalnız vilayətlərdə qatılacağı açılış mərasimləri ilə xalqla görüşəcək. Türkiyə lideri zəlzələ bölgəsi ilə yanaşı, digər vilayətlərə gedəcək.

Məlumata əsasən, bu dönəmdə böyük layihələrin təməllərinin atılacağı gözlənilir. Qara dəniz təbii qazındanAnadolutəyyarə daşıyan gəmiyə, “KızılelmaPUA-sından yüksək sürətli qatar xətlərinə qədər nəhəng layihələr diqqət mərkəzində olacaq. Bununla yanaşı, seçki manifestinin ən mühüm hissəsi zəlzələ zonası ilə bağlı layihələr olacaq. Türkiyənin demək olar ki, hər bir vilayətində güclü şəhərləşmə prosesinə start veriləcək. Şəhərlərin dayanıqlı olması üçün addımlar atılacaq.

Seçki manifestinin ən mühüm hissələrindən biri iqtisadiyyatla əlaqəlidir. Dünyada baş verən proseslər nəzərə alınaraqYeni İqtisadiyyat Modeli” “Yaradıcı İqtisadi Modelolaraq yenilənəcək.

 

ABŞ UKRAYNADAKI MÜHARİBƏYƏ FƏRQLİ YANAŞMAĞA BAŞLAYIB

ABŞ rəhbərliyi Ukraynadakı müharibəyə münasibətini daha az ehtiyatlı daha sərt istiqamətə dəyişir indi rəsmi Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada qalib gələcəyinə itirilmiş əraziləri geri alacağına ümid edir. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəThe Timesnəşri ABŞ Prezident Administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə istinadən məlumat yayıb.

Mənbənin qeyd etdiyinə görə, məqsəd Ukraynanınsuverenliyini müstəqilliyinitəmin etməkdir ki, bu da itirilmiş ərazilərin qaytarılması anlamına gəlir. Eyni zamanda, nəşr diqqəti bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden onun ətrafının Ukrayna NATO-nunnüvə dövləti ilə qarşı-qarşıya olduğunuxatırladaraq, mümkün eskalasiyadan yayınmağa çalışmasına yönəldir. Lakin son vaxtlar NATO Kiyevi getdikcə daha müasir silah zirehli texnika ilə təmin edərək daha qətiyyətli davranmağa başlayıb.

Nəşr həmçinin qeyd edir ki, əvvəllər Vaşinqton Rusiya üzərində qələbədən deyil, Ukraynaya ən güclü danışıqlar mövqeyini təmin etməkdən danışmağa üstünlük verirdi.

 

EMMANUEL MAKRON BU ADDIMI İLƏ ÖZÜNÜ NÜFUZDAN SALIB

Bugünlərdə Fransada keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident Emmanuel Makronun populyarlığı ölkədə pensiya islahatına qarşı etirazlar səbəbindən bir ayda 6 faiz azalıb. “Teleqraf.comun xəbərinə görə, “BVAaraşdırma qrupu fransızların 72 faizi Makronun yaxşı prezident olmadığını düşündüyünü bildirib.

Məlumata əsasən, Fransa liderinin populyarlığı 28 faizə enib. Bu, vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədir. Digər tərəfdən, islahatı parlamentə təqdim etmədən birbaşa qəbul edən baş nazir Elizabet Börnün populyarlığı 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri 2 faiz azalaraq ən aşağı səviyyəyə düşüb.

Bununla yanaşı, respondentlərin üçdə ikisi pensiya yaşının iki il artırılaraq 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahatın geri götürülməsini istəyir.

 

KAĞIZ PLASTİK SƏNƏDLƏRDƏN İMTİNA ETMƏYƏ HAZIRLAŞIR

Avropa İttifaqında () kağız plastik sənədlərdən, xüsusən şəxsiyyət sürücülük vəsiqəsindən imtina etməyə imkan verəcək rəqəmsal cüzdan hazırlanır. “Reportagentliyinin məlumatına görə, rəqəmsal cüzdan tətbiqi üzərində işlər artıq yekunlaşıb sınaqdan keçirilir.

Rəqəmsal cüzdanda sürücülük vəsiqələrini, dərman reseptlərini digər icazə sənədlərini saxlamaq mümkün olacaq.

Eyni zamanda, verilən xəbərə görə, məlumatı bağlamaq funksiyası sayəsində cüzdanın sahibi kimə hansı informasiyanı təqdim etmək seçimi əldə edəcək. “Məsələn, əgər yol polisi sizi dayandırırsa, o həqiqətən şəxsi kodunuza adınıza baxmaq hüququna malikdir, lakin barda işləyən nəzarətçiyə harada yaşadığınız, doğum tarixiniz ya adınızı