Almaniyanın Frankfurt şəhərində güclü yağış həyatı iflic edib.
“Respublika” “BBC” nəşrinə istinadən xəbər verir ki, dünən axşam saatlarında ölkənin cənub-qərb və mərkəzi bölgələrində başlayan güclü yağış bəzi yerlərdə öz intensivliyini artıraraq selə çevrilib.
Yağışdan ən çox əziyyət çəkən şəhərlərdən biri hesab olunan Frankfurt aeroportunu da su basıb. Nəticədə sərnişin daşıyan təyyarələrin uçuşu müəyyən müddətə dayanıb. Yerli əhaliyə mümkün qədər hava limanına uçuş vaxtından ən azı 2-3 saat əvvəl gəlmələri tövsiyyə olunub.
Tacir SADIQOV,
“Respublika”.