Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

Qadınlara ilk dəfə seçki hüququnun verilməsi

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə , bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Qadınlara ilk dəfə seçki hüququnun verilməsi"ni oxuculara təqdim edirik.

"Respublika".

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatına təsir edən ən mühüm hadisələrdən biri ilk dəfə 1893- ildə Yeni Zelandiyada qadınlara seçki hüququnun verilməsidir. İlklərin beşiyi olmuş bu ölkə "Köhnə Dünya"dan qalma mühafizəkar düşüncələri qəti surətdə rədd edən liberalizmin böyük qüvvəsi hesab olunub. Sosial islahatların dəstəklənməsi əzmkarlıq Yeni Zelandiyanın seçki hüququ təşəbbüskarlarına istəklərini reallaşdırmağa əlverişli zəmin yaradıb. Hazırda da öz məşhurluğunu qoruyan "Qadınlara seçki hüququnun verilməsinə dair ərizə" bu prosesdə həlledici rol oynayır. Əhalinin yetkinlik yaşına çatmış qadınlarının təxminən dördə birinin imzaladığı sözügedən ərizə Yeni Zelandiya digər qərb ölkələrində bu yönümdə ən böyük həcmli sənəd sayılıb. Mənbəyini Yeni Zelandiyadan götürən bu hərəkat daha sonralar bütün dünyaya səs salıb.

İnsan hüquq azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə vətəndaş cəmiyyətinin başlıca meyarı hesab edilirSeçki hüququ olduqca geniş bir məfhum olan demokratiyanın fundamental prinsiplərindəndir. Azad şəkildə seçmək seçilmək kimi tanınan hüquqlardan istifadə isə vətəndaş ilə dövlət arasında tənzimləyici körpü rolunu oynayır. Başqa sözlə, vətəndaş məhz seçib-seçilmək hüququ əsasında dövlətin idarəçiliyində yer alır, ictimai-siyasi proseslərdə iştirakçılıq hüququ qazanır.

Bu gün ümumi seçki hüququ cinsi, irqi, sosial status, təhsil ya zənginlik səviyyəsi məhdudiyyətləri olmayan səsvermə hüququndan ibarətdir. Bu seçki hüququ çox zaman bir bölgənin bütün sakinlərinə verilmir - müəyyən yaş məhdudiyyəti, zehni qabiliyyət imkanı ya cinayət törətmələrinə görə səsvermə hüquqları məhdudlaşdırıla bilər. Bu isə istisna hal kimi qeyd edilir. Vurğulandığı kimi, demokratiya anlayışında cinsi fərq seçki hüququnu məhdudlaşdıra bilməz.

Qadınların seçib-seçilmək hüququnun tanınması tarixin ən qalmaqallı hadisələriylə müşayiət olunub. Hətta bəzi ölkələrdə bu proses nəinki onilliklər, yüzilliklərlə davam edib. Qadınlara seçki hüququnun verilməsi isə əsasən XX əsrdə kütləvi hal alıb. Hətta Qərbin bəzi ölkələri burada ən geridə qalmışlardan sayılır. Məsələn, özünü demokratiyanın beşiyi sayan Fransa kimi...

Hələlik isə gəlin, qadın seçki hüququnun tanınması ilə bağlı tarixi xronologiyaya nəzər salaq. 1819-cu ildə 60-80 min insan Böyük Britaniyanın Mançester şəhərinin Müqəddəs Pyotr meydanına yığışaraq qadınların seçki hüquqlarının olmamasına etiraz etmişdilər. Tarixçi Robert Pool bu etirazlar zamanı baş vermiş Peterloo qırğınını öz dövrünün ən mühüm hadisələrindən biri kimi dəyərləndirmişdir. Yeri gəlmişkən, "Peterloo" filmində bu etirazlara yardım edən qadınların iştirakı əks