Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Stalinqrad döyüşü" oxuculara təqdim edirik.

"Respublika".

Stalinqrad döyüşü

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri Stalinqrad döyüşüdür. Almaniyanın işğal planının iflasa uğramasına səbəb olan, Hitlerin sonunu gətirən bu döyüşlər təkcə İkinci Dünya müharibəsinin gedişatına deyil, həm XX əsrdə bütün dünyada siyasi ab-havanın dəyişməsinə həlledici təsir göstərib. 1942-ci ilin iyul ayından 1943- ilin fevral ayına  qədər davam edən  bu döyüşlər dünya tarixində baş vermiş ən genişmiqyaslı ən qanlı döyüşlərdən biri kimi tarixə düşüb. İkinci Dünya müharibəsi zamanı Stalinqrad (indiki Volqoqrad) ətrafında Nasist Almaniyası ilə Sovet Rusiyası arasında gedən şiddətli döyüşdə üstün gələn ruslar alman ordusunu məğlub edib.

1942-ci ildə Avropanın böyük bir hissəsini ələ keçirən Hitler Şərqdə Yaponiya müttəfiqlərini çətin vəziyyətə salmışdı. O, artıq Avropa ilə kifayətlənmək istəmirdi, planı Rusiyaya qədər gedib çıxmaq idi. Hitlerin generalları Rusiyaya qarşı hücum planı üzərində işləyirdilər. Bu əməliyyata Foll Blau adı veriləcəkdi. Hitlerin məqsədi Rusiyanı qışa qədər diz üstə çökdürmək idi. Rusiyanın böyük bir hissəsi qışa qədər alınmalı idi, çünki o bilirdi ki, Rusiyanın qışı çox sərt keçir...

Hitlerin ilk hədəfi Voronej şəhəri idi. Plana görə, almanlar buranı ələ keçirəndən sonra Stalinqradı Volqanı da zəbt edə biləcəkdilər. Sentyabr ayında faşistlər Qafqaz dağlarını öz nəzarətləri altına almalı idi. Bu səbəbdən  Hitler öz qərargahını Vinnitsa şəhərinə köçürdü. O inanırdı ki, bu şəhərdən Rusiyaya qarşı əməliyyatı daha yaxşı istiqamətləndirə biləcək. Hitler bu döyüşdə qələbə qazanacağından əmin idi. Məğlub olmağı ağlından belə keçirməyən Hitler, döyüşün 3-4 aydan çox çəkməyəcəyini ehtimal edirdi. Artıq Qafqazla bağlı planını hazırlamışdı. Plana görə, Qafqaz Almaniya dövlətinə daxil olmayacaqdı, amma bu bölgəni təbii sərvətləri strateji hərbi əhəmiyyətinə görə istifadə edəcəkdi. Almanlar iyunun 24- Rusiya torpaqlarında 200 kilometrə qədər irəliləyə bilmişdilər. Həmin ərəfədə rus əsgərləri davamlı olaraq geri çəkilirdilər. Qarşıdurmalarda on minlərlə rus əsgəri öldürülmüş, yüz minlərlə əsgər isə əsir alınmışdı.

Almanlar martın 29-u Litvanı Belarusu ələ keçirdilər. Hitlerin düşüncəsinə görə, kommunizm faşizm bir yerdə mövcud ola bilməzdi. Buna görə o, kommunizmi məhv etmək üçün Rusiyanı zəiflətmək istəyirdi. Hitler iyul ayının 17-si Avropada bütün yəhudilərin məhv edilməsi əmrini verdi. Yeni ilə qədər avropada bir nəfər yəhudi qalmamalı idi. Bir çox yəhudi alman ordusu tərəfindən kölə halına gətirilmişdi. Almanlar Rusiya ərazilərində irəliləyərkən qarşılarına çıxan