Zəngəzurda görüşənədək!..
Siyasət

Zəngəzurda görüşənədək!..

Qərbi Azərbaycana dönüş möhtəşəm olacaq

Vətən müharibəsinin son günləri idi. Ordumuz Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını azad edib Şuşa uğrunda döyüşürdü. Cəbhədən hər gün xoş xəbərlər gəlirdi. Hamı müjdə gözləyirdi. Nəhayət, gözlədiyimiz gün gəlib çatdı. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8- qədim Şuşa şəhərinin işğaldan azad olunması barədə məlumat verdi. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsində qəhrəmanlıq göstərmiş rəşadətli Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik etdi.

Elə həmin gün Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri Xiyabanı Şəhidlər Xiyabanını ziyarət etdilər. Bu müqəddəs məkandan xalqına müraciət edən qalib sərkərdəmiz dedi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır!". Tarix boyu başı bəlalar çəkmiş bir xalq üçün bundan gözəl xəbər ola bilməzdi. Torpaqlarımız uğrunda canından keçən oğullarımızın uyuduğu o məkandan bütün dünyaya yayılan bu sözlər ürəkləri riqqətə gətirmişdi. İnsanlar sevinc göz yaşlarını saxlaya bilmirdilər. Uşaqdan-böyüyə hamı sevinirdi. Ən çox sevinən isə illər boyu qisaslarının alınacağı günü gözləyən şəhidlərin müqəddəs ruhları idi.

Prezident Azərbaycan Ordusunun zəfərinin təməlində dayanan başlıca amilləri sadaladı, iqtisadi müstəqilliyimizi, milli birliyimizi beynəlxalq səviyyədəki uğurlarımızı əsas amil kimi göstərdi. Şəhidlərimizin xatirəsini yad etdi. İstər Birinci, istərsə İkinci Qarabağ müharibəsində verdiyimiz şəhidlərin xatirəsinin bu xalqın qəlbində əbədi yaşayacağını bildirdi: "Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıtdıq...", - dedi.

Dövlət başçısı həmin gün Fəxri Xiyabanda  Vətənini canından artıq sevən, onun müstəqilliyini daimi, əbədi edən, torpaqlarımızın işğaldan azad olunması yolunda əzmlə çalışan ümummilli liderin məzarı önündə ilk hesabatını ona vermiş, "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim", - deyə qürurla bildirmişdi.

Yazımızın bu yerində daha bir məqama toxunmaq, düşünürəm ki, indiyədək söylədiklərimizə dəstək olmaqla, həm oxucuya çatdırmaq istədiyim fikrə bir qədər aydınlıq gətirəcək. Gəlin geriyə boylanaq, yaddaşımızı təzələyək: 2022-ci il yanvarın 12- Azərbaycan Prezidenti ənənəvi olaraq yerli televiziya kanallarına müsahibə verirdi. Təbii ki, suallar müxtəlif, cavablar isə həmişə olduğu kimi səmimi idi... O görüşdə maraqlı bir məqam vardı. CBC telekanalının müxbirinin sualını olduğu kimi çatdırıram: "Cənab Prezident, Zəngəzurla bağlı biz bilirik ki, sizin şəxsi tarixçəniz var. Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarınızı ziyarət etdiniz. Şuşa azad olunanda Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bilərikmi?".

Prezident İlham Əliyev: "Bəli, belədir. Mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz, bəli. Məhz bu idi mənim ürəyimdə olan fikirlərim ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuzda, ondan sonra Naxçıvanda yerləşmişdir.

Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, vaxtsa