Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Qələbə tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu baxımdan, 2020-ci il aprelin 12-də əsas məqsədi zəfərimizi əbədiləşdirmək olan Hərbi Qənimətlər Parkının açılışı da əlamətdar hadisələrdəndir. Sözügedən məkan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Parkda İkinci Qarabağ müharibəsində düşməndən qənimət kimi götürülən döyüş texnikalarının və hərbi sursatların nümayiş etdirilməsi ordumuzun gücünü bütün dünyaya çatdırmışdır.
Ölkə başçımızın parkın açılışı zamanı söylədiyi fikirlər kompleksin əhəmiyyətini bir daha təsdiqləmişdir: "Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər".
Hərbi Qənimətlər Parkı, həmçinin 44 günlük Vətən müharibəsindəki qələbəmizin çəkisini nümayiş etdirən qəhrəmanlıq kompleksidir. Parkda 11 min fərarisi olmasına baxmayaraq, özünü "məğlubedilməz" adlandıran, döyüş meydanında gizlənməyə yer axtaran Ermənistan ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhə də var. Burada KUB, OSA zenit raket kompleksləri, 150-dən çox ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da sərgilənir. Hərbi Qənimətlər Parkı "Dəmir Yumruq" əməliyyatının tarixi əhəmiyyətinin təzahürüdür. Parkda ən diqqətçəkən məqamlardan biri də "İskəndər M" tipli raket sisteminin qalıqlarının olmasıdır. Xatırladaq ki, vaxtilə Ermənistan bu raketlə Azərbaycanı təhdid edirdi. Məsələnin ən gülünc tərəfi isə sözügedən "təhdid" raketlərinin qalıqlarının Azərbaycanda, paytaxt Bakıda nümayişidir. Parkın hər bir elementi 44 günlük müharibə zamanı Azərbaycan əsgərinin rəşadətini ehtiva edir. Bundan başqa, kompleksdə düşmənin 10 elementdən ibarət mühəndis maneələr sistemini əks etdirən möhkəmləndirilmiş müdafiə mövqeyinin nümayişi mühüm əhəmiyyət kəsb edir. Sözügedən ərazidə Azərbaycan əsgərinin dəf etməli olduğu maneələr açıq şəkildə nəzərə çarpır. Buradan ölkəmizin obyektivliyi bir daha öz təsdiqini tapır. Bütün bunlar döyüşü sadəcə yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanmağın mümkünsüzlüyünü də nümayiş etdirir.
İkinci Qarabağ savaşında qəhrəmancasına döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti xalqımızın qəhrəmanlıq simvoluna çevrildi. İstər zabitlərimiz, istərsə də çavuşlarımız döyüş meydanında Azərbaycan əsgərinin qorxmazlığını bir daha sübut etdi. Ölkəmizə zidd olan qüvvələr dərk etməlidirlər ki, onların qarşısında saysız-hesabsız qəhrəmanlıq səhifələri yazan bir xalq, dövlət və bu dövlətin qüdrətli sərkərdəsi - Prezident İlham Əliyev dayanır. Lakin yarımağıllı düşmən hələ də anlamaq istəmir ki, düşmənçilik siyasəti onlara heç nə verməyəcək.
Parkda erməni əsgər və zabitlərinin maketlərinin, dəbilqələrinin nümayişi Ermənistanda bir sıra narazılıqlar yaratmışdır. Əslində, narazılıq küçədən hakimiyyətə gətirilən və xalqı əlində oyuncağa çevirən Paşinyanın uğursuz siyasətinə yönəlməlidir. Çünki Azərbaycan dünyada belə məkan yaradan ilk və yeganə ölkə deyil. Əgər tarixə nəzər salsaq, qalib dövlətlərin əksəriyyətində hərbi qənimətlər parkı və hərb tarixi muzeyləri yaradılmışdır. Həmin ölkələr arasında Koreya, Fransa, Britaniya, Portuqaliya da yer almışdır. Ermənistanın 30 il boyunca torpaqlarımızı işğal altında saxlamasını nəzərə alsaq, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük qələbəni əbədiləşdirməyə, düşmənə göz dağı verməyə hər cür mənəvi haqqı var. Ermənistan 44 günlük savaşdakı ağır məğlubiyyətindən başa düşməlidir ki, dünyada haqqı tapdalamaq, başqa xalqın ərazisini, mədəni sərvətini talamaq nə deməkdir.
Hərbi Qənimətlər Parkı işğalçı Ermənistanın xain xislətini göstərir. Prezident İlham Əliyevin qətiyyətli