Zaqrebdə tarix yazan güləşçilərimiz
İdman

Zaqrebdə tarix yazan güləşçilərimiz

Avropa çempionatında onlar növbəti uğurlara imza atıblar

Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi şəkildə güləşçilərlə görüşü ölkəmizdə idmana göstərilən qayğının bariz nümunəsidir. İdmançılarımızın nailiyyətlərini yüksək qiymətləndirən, Azərbaycanda güləşin milli idman növü kimi xüsusi yerə malik olmasını, həm sovet, həm müasir dövrdə adlı-sanlı güləşçilərimizin yüksək səviyyəli yarışlarda yer qazanaraq Avropa, dünya, Olimpiya çempionu adını qazanmalarını görüş iştirakçılarına xatırladan ölkə rəhbəri bu ənənələrin gənc nəsil tərəfindən davam etdirilməsinin təqdirəlayiq olduğunu bildirir.

İdmanın dövlətimizin qüdrətinin dünyada nümayiş etdirilməsi üçün vasitə, əldə edilən nailiyyətlərin ölkədə həyata keçirilən idman siyasətinin əsas göstəricisi olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycanda son illərdə keçirilən beynəlxalq səviyyəli mötəbər idman tədbirləri - I Avropa, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Qran-Prisi digər tədbirlərin Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq idman ictimaiyyəti federasiyalarının ölkəmizə münasibətinin təzahürüdür. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunmuş inamlı Zəfərin idmançılarımızın mübarizə əzminə daha yüksək təsir göstərərək onların yeni-yeni qələbələrə imza atacaqlarına inandığını qeyd edir. Çünki 30 illik işğala son qoyaraq qalib ölkəyə çevrilmiş Azərbaycanı, müzəffər Azərbaycan xalqını təmsil etmək hər bir idmançı üçün qürur yeridir. Ona görə güləşçilərimiz iştirak etdikləri beynəlxalq yarışlarda əzmlə tarix yazırlar.

Güləşçilərimiz Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında növbəti uğura imza atıblar. Sərbəst güləş üzrə Azərbaycan millisi dördüncü dəfə komanda hesabında qitə birincisi olub. Əliabbas Rzazadə karyerasında ilk Avropa çempionluğunu əldə edibsə, Hacı Əliyev rekorda imza atıb. 32 yaşlı pəhləvan 4- dəfə qitə birinciliyini qazanmaqla Azərbaycanın sərbəst güləş tarixinə düşüb. Zaqrebdəki uğur onu mütləq rekordçu edib. Üstəlik, Hacı Əliyev üç müxtəlif çəkidə bunu reallaşdırmaqla da ilkə imza atıb. Xatırladaq ki, Zaqrebdə Əliabbas Rzazadə (57 kq) Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Azərbaycanın qadın güləşi üzrə millisinin aparıcı üzvü Mariya Stadnik 50 kq-da qızıl medal uğrunda qarşılaşmada qalib gələrək 9-cu dəfə Avropa çempionu, Jalə Əliyeva isə 57 kq çəki dərəcəsində Avropa ikincisi olub.

Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4- Avropa çempionluğu olub. Komandamız medalların əyarına görə bütün ölkələri qabaqlayıb. Millimiz həm bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb. Ümumiyyətlə, Azərbaycanın sərbəst güləş üzrə millisi müstəqillik illərində Avropa çempionatlarında 89 medal qazanıb. Bunun 27-si qızıl, 25-i gümüş, 37-si isə bürüncdür.

Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib. Sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost qardaşlıq mesajı veriblər. İki qızıl, 2 gümüş 2 bürünc medal qazanan Azərbaycan millisi Avropa çempionu olub. Türkiyə seçməsi isə 2 qızıl, 1 gümüş 3 bürünc medalla üçüncü yeri tutub. Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağı yandırılıb. Hadisədən sonra milli komanda yarışdan imtina edib. Türkiyə təmsilçiləri sözügedən yarışda qazandıqları medalları məhz Azərbaycana həsr ediblər. Son zamanlar ölkələr arasındakı həmrəylik qardaşlıq münasibətləri idman sahəsində özünü qabarıq şəkildə göstərir.

Zaqrebdə 2 qızıl, 3 gümüş 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticə göstərib. Qitə birinciliyində 145 xal toplayan y