Zaqatalada ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Zaqatalada ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Zaqatala rayonunun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Respublika-news.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.