Yüksək humanizmin ifadəsi
Sosial həyat

Yüksək humanizmin ifadəsi

Müasir Azərbaycan dövlətinin qurucusu, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ölkəmizin tarixində əlamətdar hadisədir. Ulu öndərin əbədiyaşar əziz xatirəsi dərin hörmət ehtiramla yad edilir, onun bəşəri amallara, qanunçuluq ədalət ideallarına söykənən zəngin mənəvi irsi, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq azadlıqlarının qorunmasına xüsusi önəm verdiyi bir daha xatırlanır. Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2023- il mayın 8- "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında ölkə başçısı humanizm, mərhəmət insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqları müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərini nəzərə alıb. Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Şamil edildiyi şəxslərin dairəsinə görə bu sərəncam müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Bununla dövlət başçısı yüzlərlə insana dünyada ən qiymətli neməti - azadlığı hədiyyə edir. Bir faktı qeyd etmək istərdik. Belə ki, ötən il mayın 24- Cümhuriyyətin 100 illiyi münasibətilə 634 şəxs əfv olundu. Göstərilən rəqəmlər onu bir daha təsdiqləyir ki, imzalanan əfv fərmanı ölkənin siyasi-ictimai həyatında mühüm hadisə kimi qiymətləndirilir. Çünki bu humanizm insanpərvərlik siyasətinin kökləri ulu öndər Heydər Əliyevin atdığı addımlardan qaynaqlanır. Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq azadlıqlarının təmin olunmasına müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına möhkəmlənməsinə hər zaman həssaslıqla yanaşmışdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur.

Heydər Əliyev bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırmışdır. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv amnistiya təsisatları yaradılmışdı.

Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Bu isə ulu öndərin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi səciyyələndirilməlidir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv amnistiya təsisatları yaradılıb 1995-2003- illərdə 7 amnistiya aktı, 32 əfv fərmanı qəbul olunub. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz ulu öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.

Ulu öndər Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Hələ 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş