"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə özlərini "zavallı və əzabkeş" bir xalq kimi qələmə verən, güclü dövlətlərin qoltuq ağacına çevrilən ermənilər ömür boyu türk xalqlarına qarşı işğalçılıq siyasətindən əl çəkməmişlər. 1828-ci ildən çar Rusiyasının tabeliyinə keçmiş indiki Ermənistanda cəmi-cümlətanı 2 milyon erməni (hay) yaşayırdı. Dünya ölkələrində də təxminən bu qədər erməni var idi. Yəqin ki, indiki Ermənistan ərazisi 6-7 milyonluq əhali üçün heç də darlıq etməzdi. Bəs, onda nəyə görə ermənilər Ermənistanda yaşamamışlar?
Anadolunun bir hissəsindən Cənubi Azərbaycanın yarısı qatılmaqla Xəzərdən Qara dənizə qədər "böyük Ermənistan" yaratmaq iddiasında olan ermənilər bu qədər əhali ilə böyük ərazidə nə etmək fikrindədirlər? Görən, bu ərazi iddiaçılara verilsə, hər kəndə, hər şəhərə neçə erməni düşər və gözləri doyarmı?
Erməni ziyalıları türk-Azərbaycan mənşəli soyadlarında bir-iki hərfi dəyişməklə sözlərin quruluşunu mürəkkəbləşdirmiş, onları erməni qəlibinə salmışlar.
Tarixi mənbələr göstərir ki, Qafqaz bölgəsində, xüsusilə Qərbi azərbaycanlılara məxsus olan ərazilərdə türksoylu qəbilələr hələ çox-çox illər əvvəl yaşamışlar.
Göyçədə, Vedidə, Dərələyəzdə, Gərnibasarda və Qərbi Azərbaycanın digər ərazilərində mərhələ-mərhələ yerləşdirilmiş ermənilər (haylar) mərkəzi hökumətdən onların təhlükəsizliyinə təminat istəyirdilər. Çar hökuməti Qərbi Azərbaycana köçürülüb gətirilən ermənilərin hər cür təminatı və təhlükəsizliyi üçün böyük iş aparırdı. Bu zamanlar bir çox bölgələrdə zindan tikilməsinə başlandı. Həmin zindanlardan biri də Kəvər kəndində (Nor-Bayazet, Kamo) inşa edildi. Kəvər qalası kimi tanınan bu zindan qeyd-şərtsiz müsəlman əhali üçün nəzərdə tutulmuşdu. Sonralar bu zindan on minlərlə Azərbaycan türkünün məhvinə səbəb oldu.
1826-1828-ci illərdə baş verən Rusiya-İran müharibəsi zamanı Göyçənin bir çox kəndləri darmadağın edilmiş, əhalisi pərən-pərən salınmışdı. Göyçəyə ilk ermənilər də məhz bu dövrdə gətirilmişdir. Onlar ilk növbədə münbit torpağı olan ərazilərdə yerləşdirilirdi.
Göyçə çox qədimdən, yeni eradan xeyli əvvəl türk tayfalarının yaşadığı ərazi olub. Qədimliyi özündə yaşadan bu diyar həm də türk folklorunun əski mərkəzlərindən biri olmuşdur. 1828-ci ildə Göyçə ərazisi də Rusiya tərəfindən ilhaq edildi və ərazi təzə təşkil olunmuş "erməni vilayəti"nə daxil olundu. Bundan istifadə edən ermənilər alban, eləcə də türk abidələrinin sinəsinə xaç nişanı vurmaqla məşğul oldular.
Rusiya dövləti 1828-ci ildə İrandan 40 min, Türkiyədən 90 min ermənini gətirib İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarından qovulmuş azərbaycanlıların torpaqlarında, evlərində yerləşdirmişlər. 1828-ci il martın 20-də müsəlmanların Novruz bayramı günü rus çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqlarını erməni vilayəti elan etdi.
Ermənilər XX əsrin başlanğıcında, xüsusilə 1918-1920-ci illərdə Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində bir sıra vəhşiliklər törətmişlər. İrəvan şəhərində, Amasiyada, Göyçədə, Dərələyəzdə, Zəngəzurda, Vedidə, Zəngibasarda və digər ərazilərdə azərbaycanlılar amansızlıqla qətlə yetirilmiş, kəndlər dağıdılmış, soydaşlarımız deportasiyaya məruz qalmışlar.
1929-1931-ci illərdə İrəvan şəhərində və onun ətraf kəndlərində demək olar ki, içməli su yox idi. Həmin dövrdə Qırxbulaq dərəsi adlanan zonada 40 bulaq içməli su qovşağının tikilməsi planlaşdırıldı. Azərbaycanlılar sevindilər, çünki böyük su mənbəyi yaradıldı. İndi də həmin su İrəvanı və ətraf kəndləri təmin edir. Ermənilər heç vaxt bunun izini itirə bilməzlər.
1948-1953-cü illərdə Qərbi azərbaycanlıların başının üstünü yenidən qara buludlar aldı. Soydaşlarımıza qarşı İ.Stalin, Molotov, Arutyunov və digər şovinistlər tərəfindən xəyanət toru hazırlandı. "Köçürülmə" adı altında kütləvi sürgün aksiyası həyata keçirildi. 150 min soydaşımız