Yaddaşımıza əbədi həkk olunan soyqırımı
Tarix

Yaddaşımıza əbədi həkk olunan soyqırımı

Türkiyə

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr soyqırımları, müsibətlərlə dolu səhifələr yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb.

1918-ci ilin mart soyqırımları öz amansızlığına miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.

 1918-ci ildə 31 mart soyqırımı törədiləndən Zaqafqaziya Seyminin dağılıb Azərbaycanın, Gürcüstanın müstəqillik əldə etməsindən sonra arxalana biləcəyimiz yeganə qüvvə Türkiyə idi.

Məsələn, gürcülər Almaniya ilə ittifaqda idilər, ermənilər həmişəki kimi həm Rusiya, həm İngiltərəyə yalmanırdılar, vahid siyasətləri yox idi. Azərbaycan həm din, həm qan qardaşı olan türklərə yaxın idi. Türkiyə həqiqətən Azərbaycanda müstəqil dövlət qurulmasının marağında idi. Burada həm Bakının neft ehtiyatları, həm başqa maraqlar var. Bakı neftinə Böyük Britaniya, Sovet Rusiyası, Almaniya da göz dikmişdi. Məhz bu faktora görə, Azərbaycanın müstəqilliyi böyük qanlar bahasına başa gəlib. Amma müstəqil dövlət quruculuğu prosesində türklərlə Azərbaycanın milli qüvvələrinin fikri hər zaman üst-üstə düşüb.

Azərbaycan Anadolu türklərini taleyin acılı-şirinli günləri birləşdirir. Bununla əlaqədar olaraq tarixin yaddaşında bir çox olaylar silinməz iz buraxmışdır. Şanlı tarixə malik olan bu iki qardaş xalq 100 il bundan əvvəl yenidən zamanın sınağına çəkildi. Onların birlikdə təşkil etdiyi Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarında öz qanları ilə tarix yazaraq Bakını bolşevik-erməni işğalından azad etdilər. Azərbaycan Osmanlı türklərinin qardaşlığına, dostluğuna dair tarixin qoynunda çoxsaylı olaylar, qəhrəmanlıq nümunələri yatır. Hətta taleyüklü məsələlərin həllində belə, bu xalqlar düşmüş olduqları çətin, ağır vəziyyətlərdə bir-birinə yardım əllərini uzatmışlar. Ötən əsrin əvvəllərində Balkan müharibələri, bunların ardınca Birinci Dünya savaşı zamanı peşəsindən yaşından asılı olmayaraq Azərbaycanın bir sıra vətənpərvər insanları, ziyalıları İslam-Türk dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinin müdafiəsinə qalxdılar. Tezliklə elə gətirdi ki, müharibənin sonunda Osmanlı dövləti Azərbaycanın yenicə elan olunmuş istiqlaliyyətinin müdafiəsinə gəlməli oldu. Osmanlı dövləti özünün hərbi-siyasi iqtisadi durumunun ağır olmasına baxmayaraq, Qafqaz müsəlmanlarının, xüsusilə Azərbaycan türklərinin taleyinə biganə qalmadı qala da bilməzdi. Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib. O deyib: ''Həmin dövrlərdə Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə yetişdi. Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət Qafqaz İslam Ordusu yenicə yaranmaqda olan Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birləşib, sonradan Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə sayı təqribən 20 min nəfərə çatıb. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrınadək misilsiz fədakarlıqlar göstərib''.

Qafqaz İslam Ordusunun tarixindən bəhs edən Sərdar Ünsal 1918-ci ilin martında daşnak-bolşevik cəlladlarının Bakıda, Şamaxıda Azərbaycanın digər yerlərində