XİN: Ermənistan XİN-in Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsi ilə bağlı cəfəng iddialarının heç bir əsası yoxdur
Digər xəbərlər

XİN: Ermənistan XİN-in Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsi ilə bağlı cəfəng iddialarının heç bir əsası yoxdur

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın "Azadlıq" radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, 8 kəndin hələ işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur onları qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycanın öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı addımı bütün beynəlxalq hüquq prinsiplərinə normalara uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir.

Göründüyü kimi, Ermənistan tərəfi Laçın yolunda etiraz aksiyalarını şərh edərkən, sözügedən aksiyaların Laçın yolundan qeyri-qanuni fəaliyyətlər hərbi təxribatlar üçün istifadəyə qarşı yönəldiyini unudub Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarını yanlış təfsir etməkdən hələ çəkinmir.

Azərbaycanlı ekofalların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya "Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu" "Azərbaycanın təbii qazın s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsi faktını Ermənistan tərəfinin hələ həzm edə bilməməsi acınacaqlıdır.

Ermənistan tərəfinin Azərbaycana qarşı son 30 ildə törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması öhdəliyi öz üzərindən atması təəssüf doğurur. Məsələ üzrə sonuncu Məhkəmə dinləmələri bir daha göstərib ki, Ermənistanın mina istehsal etmədiyi basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Eyni zamanda, mina məsələsində mahiyyət üzrə qərarın sonrakı dövrə saxlanılması barədə Məhkəmənin qərarının, Məhkəmənin məsələni rədd etməsi kimi qələmə verilməsi tamamilə yanlışdır. Bu müvəqqəti qərarın Ermənistanı, Azərbaycan ərazilərində minalar mina tələlərinin yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmədiyi bəllidir.

Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz, kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın Azərbaycanı təcavüzdə, "etnik təmizləmədə" Ermənistana məxsus kəndlərin işğalında təqsirləndirməsi absurddur.

Ermənistanın hələ üçtərəfli Bəyanatı imzalayan zaman üzərinə götürdüyü öhdəlik çərçivəsində Naxçıvanın Sədərək rayonunun Kərki Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, sözügedən kəndlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyanın müharibəni uduzmağı Ermənistanda olan "5-ci kolonla" əlaqələndirməsini, müharibənin Ermənistan silahlı qüvvələri tərəfindən aparılmasını təsdiq etdiyini, bütün hərbi komandanlığın Ermənistan Müdafiə Nazirliyinə tabe olmasını, yüksək siyasi hərbi rəhbərliklərinin qüvvələrin hələ çıxarılmadığı barədə etiraflarını göz ardına vuran Ermənistan XİN-in sözçüsünün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin olmadığını bildirməsi bu ölkənin xarici siyasətinin yalanlarla bəsləndiyinin göstəricisidir. Uzun müddət məhz qondarma rejimin hərbçiləri kimi təqdim edilən şəxslərə qarşı Ermənistanın özünün hüquq-mühafizə orqanları tərəfindən cinayət işlərinin aparılması bu hərbçilərin məhz Ermənistana tabe olduğunun əyani sübutudur.

Azərbaycan bir daha Ermənistanı ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyə çağırır. Bölgədə sülh sabitliyin təmini Ermənistanın Azərbaycanın ərazi bütövlüyü suverenliyinə hörmət etməsindən asılıdır.