XİN-dən vətəndaşlarımıza xəbərdarlıq: Zəruri olmadığı təqdirdə İrana səfər etməyin
Digər xəbərlər

XİN-dən vətəndaşlarımıza xəbərdarlıq: Zəruri olmadığı təqdirdə İrana səfər etməyin

Azərbaycan Xarici İşlər Nazirliyi İrana səfər edən hazırda orada olan vətəndaşlarımıza xəbərdarlıq edib.

Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.

Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL:

tabriz@mission.mfa.gov.az

WEBSITE: tabriz.mfa.gov.az