Vətəndaşlara xidmətin səviyyəsi yüksəlir
Sosial həyat

Vətəndaşlara xidmətin səviyyəsi yüksəlir

DOST mərkəzlərində 1 mln. 561 min vətəndaşa xidmət göstərilib. Bu barədə 31 may qurumdan verilən məlumatda bildirilir.

DOST konsepsiyası son illərin uğurlu sosial islahat nümunələrindən biri olmaqla ölkəmizin yeni brendi kimi tanınır. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri və Abşeron rayonunda olmaqla 6 DOST mərkəzi, habelə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi açılıb.

DOST mərkəzlərində ötən dövrdə 1 mln. 561 min vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir. Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına isə 88,9 min müraciət olub və proqrama 3,4 min nəfər cəlb edilib.

“Respublika”.