Bu, operativliyi, şəffaflığı və keyfiyyəti təmin edir
Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığının qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində 2010-2020-ci illəri əhatə edən dövrdə vergi ödəyicilərinə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, funksional idarəetmənin yeni formalarının tətbiqi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur. Vergi sistemində əsaslı islahatların həyata keçirilməsində və vergi inzibatçılığının inkişafında səmərəli idarəetmə mühüm rol oynayır. Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyiciləri ilə münasibətlərin şəffaf müstəvidə qurulması və vergi orqanlarının fəaliyyəti ilə bağlı müsbət imicin formalaşmasında vergi ödəyicilərinə xidmət sahəsinin təşkili əhəmiyyətli yer tutur.
Bu gün vergi orqanları tərəfindən təqdim edilən xidmətlərin sayı və əhatə dairəsinin genişləndirilməsi bu sahədə daha təkmil sistemin qurulmasını şərtləndirib və bunun üçün ölkəmizin iri şəhər və rayonlarında vergi ödəyicilərinə Xidmət Mərkəzləri yaradılıb. Ötən dövrdən bu günə kimi ölkəmizdə 59 xidmət mərkəzi vergi ödəyicilərinin istifadəsinə verilib. Xidmət Mərkəzlərinin əsas məqsədi vergi ödəyicilərinə müasir standartlara uyğun vergi xidmətlərinin göstərilməsidir.
Xidmət Mərkəzləri müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilib və burada vergi ödəyiciləri üçün lazım olan hərtərəfli zəruri şərait yaradılıb. Bu mərkəzlərə geniş funksiyalar verilib ki, bunlar da vergi ödəyicilərinə xidmətlərin sayının çox olması ilə əlaqədardır. Burada vətəndaşlara vergilər barədə məlumat və izahatların alınması, fiziki şəxslərin qeydiyyatı və qeydiyyatdan çıxarılması, hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin), NKA-larının qeydiyyatı və qeydiyyatdan çıxarılması, ƏDV qeydiyyatı və qeydiyyatdan çıxarılması, uçot məlumatlarının dəyişdirilməsi, digər qeydiyyat və uçot xidmətləri, hazır sənədlərin və arayışların təhvil verilməsi, “Asan imza”nın, habelə, istifadəçi kodu, şifrə və parolun əldə edilməsi, dəyişdirilməsi, əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi, uyğunsuzluq məktublarının araşdırılması və digər xidmətlər göstərilir. Xidmət Mərkəzləri həftə içi fasiləsiz olaraq iş gününün sonuna kimi, istirahət günü isə nahar bitənə qədər fəaliyyət göstərirlər. Vergi ödəyiciləri vergi orqanına getmədən yaşadığı və fəaliyyət göstərdiyi ərazidəki Xidmət Mərkəzlərinə müraciət edərək Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi xidmətlərindən istifadə edə bilərlər.
Vergi ödəyicilərinin müasir resurslarla təmin olunması və onlara təqdim olunan xidmətlərin yüksək standartlara uyğun vasitələrlə çatdırılması üçün elektron xidmətlərin genişləndirilməsi də davam etdirilir. Bu, vergi inzibatçılığının rəqəmsallaşdırılmasına, xidmətlərin operativ təşkili və canlı ünsiyyətin minimuma endirilməsinə imkan verir. Dövlət Vergi Xidmətinin fəaliyyətinə yeni xidmətlər əlavə olunduğu təqdirdə bunlar avtomatik olaraq mərkəzlərin göstərdiyi xidmətlərin sırasına əlavə olunur. Hazırda 62 elektron xidmət vergi ödəyicilərinə təklif olunur. Bütün növ elektron xidmətlər, o cümlədən bəyannamələrin, onlayn ərizələrin göndərilməsi, Vergi ödəyicilərinə Xidmət Mərkəzləri tərəfindən də yerinə yetirilir.
Vergi ödəyicilərinə Xidmət Mərkəzləri qlobal çağırışlara uyğun olaraq təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərirlər. Vergi ödəyicilərinin təhlükəsizliyinin təmin olunması üçün bütün tələblər yerinə yetirilir. Onu da qeyd edək ki, sərt karantin rejimində vergi ödəyicilərinə təklif edilən xidmətlərin davam etdirilməsi və vergi ödəyicilərinin işində maneələrin yaranmaması üçün xidmət mərkəzlərində onlayn növbə sistemi tətbiq edilirdi.
Dövlət Vergi Xidməti bundan başqa, vergi ödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılması ilə vətəndaşlar üçün yeni imkanlar açıb. Hazırda evdən çıxmadan vergi ödəyicisinə lazım olan bütün prosesləri, əməliyyatları yerinə yetirmək mümkündür. Daha bir yenilik isə qurumun portalında yeni “Qüvvədə olan “