Ümummilli Liderin ideyaları
Siyasət

Ümummilli Liderin ideyaları

Azərbaycanın inkişaf yoluna işıq saçan əbədi mayakdır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi, həmçinin 18 istiqaməti əhatə edən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir sahəsinin təhlilinə, indiki gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Azərbaycançılıq ideologiyasının inkişafı təbliği hakimiyyətinin hər iki dövründə Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil etmişdir. O, daim bu çağırışı edirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməli, azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar da azərbaycançılıq ideologiyasının inkişafında əhəmiyyətli rol oynadı. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ümummilli Liderin böyük səylərinin, qətiyyətinin nəticəsi idi. Ulu öndər bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm azərbaycançılıq məsələsidir.

Azərbaycan zamanın hökmü ilə ötən əsrin 90- illərində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində baş verən hadisələr çoxəsrlik tariximizin qara səhifəsi kimi xarakterizə edilir. O illərdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük faciələrlə, ən əsası müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər  Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini sarsılmazlığını təmin etdi. Ölkəmiz qısa zamanda sabitlik diyarına çevrildi. Dövlətçiliyimizin əsasları yaradıldı. Bir sözlə, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003- illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi dönməz etdiyi taleyüklü mərhələdir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, bir dövlət olaraq beynəlxalq aləmdə özünə layiqli yer tutmasında Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. Ulu Öndərin səyləri nəticəsində 1994- il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması Azərbaycanın hər<